Page 73 - Tarey Vesos_Макет 1
P. 73

Buz qəsr
                                     4


                              Qızdırma içindә

             Unn qapının ağzında dayanıb ona baxır.
             Mәgәr Unn itmәyib?
             Yox. Unn qapının ağzında dayanıb ona baxır.
             – Siss?
             – Gәl içәri...
             Unn başını tәrpәdib otağa keçir.
             – Siss, sәnә nә olub? – soruşur, amma sәsi nәsә qәribәdi.
             Sonra dәyişilir. Bu, heç dә Unn deyil, anasıdı.
             Siss öz balaca otağındakı yataqda uzanıb qalmışdı. Fikirlәr
          bir-birinә qarışmışdı. Unnu gördü, amma demә, anasıymış. Hәr
          şey sanki duman içindәydi.
             – Siss, sәn xәstәlәnmisәn. Qızdırmanın içindәsәn. – Anasının
          sәsi yumşaq vә tәmkinliydi. Davam etdi: – Bu gecәni meşәdә
          keçirmәyin sәnә ağır olub. Evә xәstә qayıtmısan.
             – Unndan nә xәbәr?
             – Bildiyim qәdәriylә, tapılmayıb. Hәlә dә axtarırlar. Amma
          sәn bu sәhәr qaçıb gәlәndә әmәllicә xәstәydin.
             – Mәn dә bütün gecәni axtarmışam!
             – Әlbәttә, amma hәm dә xәstәlәnmisәn.
             – Biz böyük donmuş şәlalә tәrәfә, bir dә çay tәrәfә gedib
          çıxmışdıq... Sonrasını xatırlamıram.
             – Hә, atan sәni evә gәtirәndә halın çox pis idi. Düzdü,
          birtәhәr dә olsa, öz ayaqlarınla gәldin. Sonra hәkim çağırdıq.
          Dedi ki...
             Siss sözünü kәsdi:
             – İndi saat neçәdi? Axşamdı?
             – Hә, yenә axşamdı.
             – Bәs atam? O haradadı?
             – Hamıyla birlikdә. Axtarışlar hәlә davam edir.
             Siss düşündü ki, demәk, hәr halda, atası ondan güclüdü. Vә
          bu, ona xoş gәldi.

                                     73
   68   69   70   71   72   73   74   75   76   77   78