Page 69 - Tarey Vesos_Макет 1
P. 69
Buz qəsr
Görünәn yalnız qәsr, çay vә bu möhtәşәmlik idi.
Qәsr bağlıydı.
Siss bir-bir kişilәrin sifәtlәrinә baxdı. Onlar ümidsizdilәr?
Yox. Üzlәrindәn heç nә oxumaq olmur. Gördüklәri barәdә nә
düşünürlәr? Әsas mәsәlә dә budu.
Kişilәr sakit dayanıb-durmuşdular.
Görәsәn, gözlәri qarşısındakı nә idi?
Daha Sissә әhәmiyyәt verәn yox idi: özü bilәr, atasıyla hara
gedir-getsin. Daha sual-zad verәn dә yox idi. Hamı yalnız
axtarırdı. Bu adamlar kimi, buzun dәrinliklәrinә qәdәr heç kim
gedib çıxa bilmәzdi. Onlar hәr iki qarlı yolla gәlib qәsrin
günbәzlәri yanında birlәşmişdilәr. Şәlalәnin uğultusunu boğmaq
barәdә mәslәhәtlәşirdilәr.
Qışqırtı sәsi:
– Deyәsәn, buradan giriş var!
Hamı sәsә tәrәf tәlәsdi. Yaşıl divarlar arasında açılan giriş
güclә görünürdü. Bәdәncә әn arıqlardan bir neçәsi fәnәrlә içәri
dürtüldü.
Burada da heç nә yoxdu. Olan yalnız sümüklәrәcәn işlәyәn
buz nәfәsdi. Qәsr bayırdan daha soyuqdu. Hava artıq isinib. Bu
otaqda indi bir dәnә dә deşik gözә dәymir. Arxadan kor şәlalәnin
susmaq bilmәyәn bağırtısı eşidilir.
– Heç nә! – Uğultu dolu otaqda bir-birlәrinә qışqırırlar. Hәr
divarı bir dә yoxlayırlar, olsa-olsa, qol enindә bir yarğan tapırlar.
Onun kәnarlarıyla şırıltıyla su axır.
Heç nә.
Güclә çölә çıxırlar.
– Heç nә, – mәlumat verirlәr.
– Aydındı...
İnsanlar çaşqınlıq içindә göyә ucalan vәhşi buz tikiliyә
baxırlar. Bu gecә hamı ciddidi. Onların arasında rәhbәrliyi öz
üzәrinә götürәn deyir:
– Belә tez öhdәsindәn gәlә bilmәyәcәyik.
Onun nәyi nәzәrdә tutduğu adamlara çatmır, amma vәziyyәtin
mürәkkәbliyini hamı anlayır. Siss atasına baxır. O, bir dәfә dә
rәhbәrliyi öz әlinә almaq istәmәyib, sıradan biri olub.
69