Page 65 - Tarey Vesos_Макет 1
P. 65

Buz qəsr
             – İnanmıram. Üzündәn görürәm ki, bildiyin nәsә var. Hә,
          Unn sәnә nә demişdi?
             – Bunu deyә bilmәrәm.
             – Niyә?
             – Çünki bu haqda danışmamışıq, o, bunu mәnә demәyib!
          Haradasa gizlәnmәk istәdiyi barәdә bir kәlmә dә demәyib.
             – Belә, belә, amma hәr halda...
             Siss qışqırdı:
             – Mәni rahat buraxın!
             Onun sәsindәn sәksәnib sorğu-suala son verdilәr. Gecәnin
          bu vәdәsindә birdәn bu qıza da nәsә olub-elәyәr! Görmürsәn,
          necә bağırır?
             – Siss, yaxşısı budu, evә gedәsәn. Tamam heydәn düşmüsәn.
          Yәqin, indi anan yolunu gözlәyә-gözlәyә qalıb.
             –  Yorulub-elәmәmişәm. Burada olmağa icazәliyәm. Mәn
          burada olmalıyam.
             – Burada olmalısan?
             – Hә, burada olmalıyam.
             – Vaxt itirә bilmәrik. Tәәssüf ki, sәn heç nә demәk istәmirsәn.
          Bu, bizә kömәk olardı.
             Yox. Onlar getdilәr.
             Siss fikirlәrindә nәsә qәribә boşluq hiss elәdi. Evә qayıtmalıdı,
          amma buranı qoyub gedә bilmir. O, bütün gecәni burada olmalıdı.
          Qaranlıqda gözә görünmәmәk üçün әvvәlki kimi, fәnәrlәrdәn
          uzaq olmağa çalışıb yoluna davam edirdi. Onu yenә saxladılar.
          Bu dәfә başqası. Axtarış hәmin adamın bütün varlığına hakim
          kәsilmişdi, bu qızı görәndә heç tәәccüblәnmәdi dә.
             – Qulaq as, Siss, sәndәn bir şey öyrәnmәk istәyirәm. Necә
          bilirsәn, Unn donmuş şәlalәyә baxmaq istәyirdi?
             – Bilmirәm.
             – Siz mәktәb uşaqlarıyla ora getmәyә qәrar vermişdiz?
             – Hә, vermişdik.
             – Unn sәnә ora tәk getmәk istәdiyini demәmişdi? Axı o, çox
          vaxt tәk gәzirdi.
             – Demәmişdi!

                                     65
   60   61   62   63   64   65   66   67   68   69   70