Page 66 - Tarey Vesos_Макет 1
P. 66
Tarey Vesos
Hәmin adam sualları çox yumşaq, ehtiyatla versә dә, bu,
Sissә bәs elәdi. Qız artıq son hәddәydi vә soyuq gecә onun
hönkürtüsündәn sanki isindi.
Hәmin adam:
– Vay, – dedi, – heç bunu gözlәmirdim.
Siss güclә nәfәs ala-ala:
– Siz ora gedәcәksiz? – soruşdu.
– Әlbәttә, vaxt itirmәdәn. Bir halda ki mәktәbdә bu haqda
danışılıb, getmәliyik. Çox mümkündü ki, Unn ora getmәyә qәrar
verib vә azıb. Biz onu bütün çay uzunu – әvvәldәn-axıracan
axtarmalıyıq.
– Hә, amma...
– Kömәyә görә sağ ol. İndi isә evә getsәn yaxşıdı.
– Yox, mәn dә sizinlә çaya tәrәf gedәcәm.
– Bu olmadı. Amma nә bilim, istәyirsәn, atanla danış, mәncә,
orada yaxında dayanıb.
Hә, atasıydı: o birilәr kimi hәyәcanlı vә sәrt.
– Mәn sizinlә getmәk istәyirәm. Sәn mәnә icazә vermisәn.
– O tәrәfә olmaz.
Siss ucadan:
– Mәn sizdәn geri qalmaram, – dedi vә hiss elәdi ki, tәpәri
yenidәn canına qayıdır. O, hәyәcanlı, hövsәlәsiz kişilәrin ortasında
dayanıb-durmuşdu.
Onlardan biri:
– Düz deyir, geri qalmaz, – dedi.
Hәmin adam bu qızdakı inadkarlığı vә tәpәri bәyәnmişdi.
Atası Sissin gözlәrinә baxanda etiraz elәyә bilmәdi:
– Yaxşı, belә görürәm, sәn, hәqiqәtәn dә, tab gәtirә bilәrsәn.
Amma әvvәlcә qoy bir qaçıb anana zәng edim. Axı o yatmayıb,
sәni gözlәyir.
Bir bölük xilasedici dәstә gecәnin zülmәti içindә çaya tәrәf
hәrәkәt etdi. Gölün sahiliylә hәrәkәt edә-edә uzun bir cәrgә
әmәlә gәtirsәlәr dә, bir an da bir-birlәrini gözdәn kәnar qoymurdular.
Qar daha elә sıx yağmırdı, amma yenә әvvәlki kimi üzlәrinә
vururdu. Artıq yerdә o qәdәr qar var idi ki, ayaqları batırdı.
66