Page 64 - Tarey Vesos_Макет 1
P. 64
Tarey Vesos
– Yaxşı, getdik. Sәninlә danışmalıyıq.
Yox! – Siss düşündü.
Onlar axtarışa çıxan iki nәfәrә yaxınlaşdılar. Bu adamlar da
tanış idi, yaxın qonşularıydı. Onu aparan әl boşaldı. Siss artıq nә
olacağını bilirdi.
Ürәkli olması üçün:
– Atamın harada olduğunu bilirsizmi? – soruşdu.
– Hә, yәqin, yaxınlıqdadı. Qulaq as, Siss, dedin ki, Unn
barәdә nәsә bilirsәn. Dedin ki, dünәn axşam onunla bir yerdә ol-
musan.
– Hә, elәdi. Onların evinә getmişdim.
– Nә deyib-danışdı?
– Belә...
– Unn barәdә nә bilirsәn?
Fәnәr ona baxan üç cüt sәrt ifadәli gözә işıq salırdı. Adi,
xoşniyyәtli qonşular idi. Sadәcә, indi tәşviş keçirdiklәrindәn
sәrtlәşmişdilәr.
O susurdu.
– Cavab ver. Bәlkә dә, Unnun hәyatı sәndәn asılıdı.
Siss diksindi:
– Yox!
– Dedin ki, Unn barәsindә nәsә bilirsәn, elә deyil?
– O, mәnә bu haqda demәyib! O, mәnә bu haqda heç nә
demәyib!
– Nә haqda?
– Bәs harasa getmәyә hazırlaşır.
– Unn sәnә elә bir söz deyә bilәr ki, indi axtarışa kömәk olar.
– Yox, çәtin.
– Unn sәnә nә demişdi?
– Heç nә.
– Doğrudanmı mәsәlәnin nә qәdәr ciddi olduğu sәnә çatmır?
– Biz sәni incitmәk istәmirik, Unnu tapmaq üçün sorğu-sual
edirik.
– Sәn dedin ki, bәs...
– Mәn elә-belә dedim!
64