Page 59 - Tarey Vesos_Макет 1
P. 59

Buz qəsr
                                     2


                                Yuxusuz gecә



             Unn itib.
             Hava qaralır.
             Qaralmasın.
             Amma bir istәklә – hәtta nә qәdәr olsa belә, havanın
          toranlaşmasının qarşısını ala bilmәzsәn, әksinә, toranlıq daha da
          sıxlaşır.
             Әtrafda olan bütün kişilәr toplaşıb Unnun axtarışına çıxıblar.
          Fәnәr çatışmır, insanlar kömәksiz halda bu qarlı, qaranlıq havada
          ora-buranı gәzir. Fәnәrlәrin işığı vә uzun sürәn “Unn” hayqırtıları
          qatılaşan toranlıqda vә qar çәmәnliyindә itib-batır. İnsanlar dәstә-
          dәstә hәrәkәt elәyir, gecә divar kimi onların qarşısını kәsib.
          Onlar bu divarı dağıtmalıydılar. Vә onlar geri çәkilmәk fikrindә
          deyillәr, bu divarı güclәri çatdıqca sökürlәr.
             Unn izsiz-soraqsız itib.
             Axtarışa çıxanlar:
             – Bu qar dünәn yağsaydı, yerdә iz olardı, – deyir. – Bu qar
          çox gec yağdı. Ona görә dә indi ancaq mane olur.
             Siss dә onların arasındaydı. Әvvәlcә ona fikir verәn yox idi.
          Evdәn dә onu buraxmaq istәmirdilәr, valideynlәriylә әmәllicә
          mübarizә aparmalı oldu:
             – Ata, mәn dә sizinlә getmәk istәyirәm!
             Atası tәlәsik evdәn çıxa-çıxa:
             – Gecәnin bir alәmi belә havaya çıxmaq uşaq işi deyil, –
          dedi.
             Siss yalvardı.
             Vә budur, tәbii bir sual gәldi:
             – Sәn dünәn axşam Unnla birlikdә olanda qeyri-adi nәsә hiss
          etdinmi?
             Siss qәtiyyәtlә:
             – Xeyr, – dedi.

                                     59
   54   55   56   57   58   59   60   61   62   63   64