Page 55 - Tarey Vesos_Макет 1
P. 55
Buz qəsr
Müәllim davam edirdi:
– Şükür ki, soyuqlar arxada qalacaq. Qar buzun da üstünü
örtәcәk.
Bir anlıq hamı kәdәrli şeylәr – dәfnlәr, qüssә doğuran başqa
nәlәrsә barәdә düşündü. Müәllimin sözlәri buna sövq etdi. Göl
zağlı polad kimi parıldayır. Son dәfә. Onlar uzun müddәt soyuğa
fikir vermәdәn xizәklә doyunca onun üstüylә sürüşmüşdülәr. Vә
budur, bu gün o lәzzәtin sonu gәlәcәk, bu gün qar yağacaq.
Növbәti dәrsdәn sonra uşaqlar hәyәtә çıxanda buz artıq
ağarmağa başlamışdı.
Mәktәbin hәyәtindә hәlә ki qar yox idi, amma hava bozarmışdı
vә başını yuxarı qaldıranda gözәgörünmәz nәsә yanaqlarını
qıdıqlayırdı. Gölün nәhәng buz qatı artıq ağarmışdı. Onun güzgü
kimi hamar üzlüyü qar dәnәciklәrini torpaqdan xeyli әvvәl qәbul
etmişdi.
Nәyisә mәhv etmәk üçün heyrәtamiz dәrәcәdә çox az vaxt
lazımdı. Ağappaq, dümdüz buz indi ölü kimi düşüb qalmışdı.
Nәhayәt, söhbәt Unnun üstünә gәldi. Müәllim onları növbәti
dәrsә çağıranda soruşdu:
– Unnun bu gün nә sәbәbә dәrsә gәlmәdiyini bilәn var?
Yәqin, Sissin qәflәtәn necә diksindiyini görәn olmadı.
Tez özünü әlә aldı. Uşaqlar başlarını buladılar – onların heç
nәdәn xәbәrlәri yox idi.
– Xeyr, – hamılıqla cavab gәldi vә bu, tam hәqiqәt idi.
Müәllim dedi:
– Bütün günü gözlәdim ki, gәlib çıxar. Dәrs buraxanlardan
deyil axı. Yәqin, xәstәlәnib. Anladılar ki, müәllim üçün Unnun
dәyәri onlar hesab etdiklәrindәn artıq imiş. Amma bәlkә, özlәri
dә bunu bilirdi. Axı Unnun suallara necә tutarlı cavab verdiyini
eşitmişdilәr. Amma hәr dәfә kәnarda dayanıb-durur, onlara
qoşulmur. Bәzәn onlarla oynamalı olanda da nәsә birdәn-birә
aralanır, әvvәlki kimi bir kәnara çәkilir. Yekәxanalıqmı elәyir?
Uşaqlar tәәccüblә müәllimә baxırdı.
Müәllimin Unnu necә tәriflәmәsinә qulaq asırdılar.
O, sinfә nәzәr salıb:
55