Page 52 - Tarey Vesos_Макет 1
P. 52

Tarey Vesos


                                        II


                                Qarlı körpülәr


                                        1


                Unn itib
                Bu, nә idi, yalnız qәribә bir yuxumu?
                Dünәnki axşam – Unn vә mәn?
                Hә!
                Yuxudan tam ayılanda hәr şeyi tam aydınlığıyla dәrk etdi:
            bu, gerçәk idi. Qorxu vә sevinc dolu gerçәklik.
                Bu gün hisslәrinә hakim kәsilәn yalnız budu – Unnu yenidәn
            görmәk istәyi. İndi dәrsә gedib onunla görüşәcәk. Bu gün çox
            şey dәyişib, indi hәr şey fәrqlidi.
                Siss yerindәn dәrhal qalxmadı: onu gözlәyәn bu yeni gün
            haqqında düşünmәliydi. Baş verәnlәri bütün xoş müjdәlәriylә
            hiss etmәk üçün bacardıqca tәntәnәli şәkildә özünә söz verdi: biz
            Unnla әbәdi rәfiqәyik.
                Valideynlәri heç nә soruşmadılar, dünәn axşamkı qәribә
            qayıdışıyla bağlı onunla bir kәlmә dә kәsmәdilәr. Yәqin, gözlәmәyә
            qәrar veriblәr. Bir-iki gün. Sonra guya tәsadüfәn soruşacaqlar.
            Onlar, adәtәn, bu üsulla, demәk olar, hәr şeyi öyrәnirlәr.
                Amma bu haqda bilmәyәcәklәr! Bu, sәrhәddәn kәnardı. Unn
            barәsindә heç kim ondan bir kәlmә dә çıxara bilmәz. Unnun
            baxışlarından boylanan işıq çox zәrif idi. Bunu açıb demәk ol-
            maz.
                Gün hәmişәki kimi başladı. Siss isti paltarlarını geyinib
            çantasını әlinә aldı vә mәktәbә yollandı.
                Görәn, hansı birinci gәlәcәk? Onlar müxtәlif istiqamәtlәrlә
            gәlirlәr, yalnız mәktәbә yaxın balaca bir yerdә yolları birlәşir.
            Hәmin yerdә heç vaxt rastlaşmayıblar.

                                       52
   47   48   49   50   51   52   53   54   55   56   57