Page 47 - Tarey Vesos_Макет 1
P. 47
Buz qəsr
Başqa heç nә barәdә düşünmә.
Sәliqәli, yaşıl işığa qәrq olmuş zala girib bir anlığa dayandı.
Tavandan damcı da düşmürdü, şәlalә boğuq sәslә haradasa uzaqda
sәs-küy salmışdı, burada hәr şey sanki bilәrәkdәn elә yaradılmışdı
ki, insan sәsiylә öz ürәyini aça, dostluq vә mәrhәmәt hisslәrini
ümidsiz dualarıyla qışqıra bilsin.
Bu duanın yolu açıldı vә Unn qışqırdı:
– Siss!
Dәrhal әn azı üç tәrәfdәn gәlәn әks-sәdadan diksindi:
– Siss!
Bu sәda şәlalәnin uğultusunda әriyib itәnәcәn yerindәn
tәrpәnmәdi. Sonra anası, Siss vә başqa nәlәrsә barәdә fikirlәşә-
fikirlәşә zalı keçdi. Vә bütün bunlar üçün ona cәmi bir neçә
addım kifayәt etdi. Sәda sanki qarşısında qapı açmışdı vә indi
yenә bağlanıb qaldı.
Mәn niyә buradayam? – düşündü. O divardan bu divara, bu
divardan o divara cәmi bir neçә metr gedә bilirdi vә addımları
artıq ona qulaq asmırdı, elә bil öz ayaqları deyildi. Mәn niyә bu-
radayam? Sualın cavabını tapmaq lazım idi.
Vә baş verәnlәri yaxşı anlamayaraq, onu bürüyәn qәribә
sevinc hissiylә yeriyirdi.
Artıq son hәddәydi.
Buz әl ondan yapışdı.
Hiss etdi ki, canına keçәn soyuqdan donur. Paltosu haradasa
arxada atılıb qalmışdı, mәsәlә dә elә bundaydı. Şaxta onunla
istәdiyini elәyirdi.
Onu vahimә basdı, geriyә, öz isti paltosuna tәrәf qayıtmaq
üçün divara atıldı.
Bura haradan girmişdi?
Hamar buz divar qaya kimi möhkәm idi. Unn o birisinә
atıldı. Burada axı nә qәdәr divar var? Hara dönürsәn, hamar,
möhkәm divarlardı.
Adi, sadә sözlәrlә qışqırdı:
– Buraxın mәni!
47