Page 43 - Tarey Vesos_Макет 1
P. 43
Buz qəsr
Dәrhal da qulağına әks-sәda gәldi.
– Au, – zal boğuq sәslә cavab verdi.
Elә bilirdi ki, burada sәssizlik olacaq, lap qәbirdәki kimi,
amma zalda şәlalәnin ahәng dolu uğultusu var idi, sәs bura buz
divarlardan daxil olurdu. Şәlalәnin ayağında daşlara çırpılıb qәti
әhlilәşmәk istәmәyәn suyun çıxardığı bu oyun burada sakit,
vahimәli gurultuyla әsk-sәda verirdi.
Unn qorxub özünә gәlmәk üçün bir qәdәr dayandı. Niyә
qışqırdığını vә kimin ona cavab verdiyini bilmirdi. Çәtin ki, adi
әks-sәdaydı.
Bәlkә, heç bu zal elә dә iri deyil? Doğrudur, böyük görünür.
Cavab eşitmәmәk üçün daha qışqırmadı, әvәzindә qәsrin daha
dәrinliyinә aparan yolu tapmağa cәhd etdi. Geri qayıdıb çölә
çıxmağı ağlına belә gәtirmirdi.
Çox axtarmaq lazım gәlmәdi – hamar buz sütunların arasından
deşik açılırdı.
İndi daha çox dәhlizә bәnzәyәn zala gәlib çıxmışdı. Amma
hәr halda, buradakı zal idi, yoxlamaq üçün astadan “au” haylayıb,
cavabında azca qorxaq “au” sәsini eşidәndә tam әmin oldu.
Sehrli qәsrlәrdә belә yerlәrin olduğunu bilirdi vә indi hәm
heyrәtlәnmiş, hәm dә ovsunlanmışdı. Fikri-zikri indi yalnız qәsrә
yönәlmişdi, әvvәlkilәr hamısı arxada qalmışdı.
Bu toranlıq keçiddә Sissi haraylamadı, yenә dilindәn “au”
hayqırtısı çıxdı. Artıq ovsunlanmış Unn Siss barәdә düşünmürdü,
bütün düşüncәlәrinә yalnız buz qәsrdә sıralanan zallar hakim
kәsilmişdi, bir-bir onların hamısında olmağa tәlәsirdi.
Soyuq sümüyünәcәn işlәmişdi. Nәfәsindәn qalxan buxar
buludcuğun nә ölçüdә olduğuna baxmaq istәyirdi, amma mümkün
deyildi, qaranlıq idi. Şәlalә sәsi düz ayaqlarının altından gәlirdi,
amma bilirdi ki, belә deyil. Bu qәsrdә hәr şey saxtadır, amma
nәdәnsә buradakı hәr şeyә inanmağın gәlir.
Deyәsәn, bura lap soyuqdu.
Payızda, әsl qış soyuqları başlayanda xalasının alıb әyninә
geyindirdiyi bu isti paltoda da nәsә üşüyәn kimidi. Amma o biri
zalı görmәk istәyi ona necә hakim kәsildisә, soyuğu da unutdu.
Nәyin bahasına olursa-olsun, o zalı tapmalıydı.
43