Page 41 - Tarey Vesos_Макет 1
P. 41

Buz qəsr
             Onu sanki iki dalğa vurdu: әvvәlki soyuq idi, canını büsbütün
          dondurdu, o biri, nәsә mühüm bir şey gözlәyәn zaman olduğu
          kimi, hәyatverici, isti idi.
             Unn heç vaxt burada olmamışdı. Yayda onu bura gәtir mә -
          mişdilәr. Xalası, sadәcә, sözgәlişi demişdi ki, bu yaxınlıqda şә -
          lalә var. Mәktәbdә isә bu haqda payızın sonlarında, bu füsunkar
          buz qәsr әmәlә gәlәndә eşitmişdi.
             Görәn, bu nәdir belә?
             Bu, buz qәsrdi, amma...
             Günәş qәflәtәn yoxa çıxdı. Unn sallaq divarlı dar keçiddә
          dayanıb-durmuşdu. Günәş, yәqin, bura birazdan yenә baş çәkәcәkdi,
          indi isә bu yerә kölgә vә dondurucu soyuq hakim kәsilmişdi.
             Şiş buz tәpәlәrin, tağ-tavanların, şehlә örtülmüş günbәzlәrin,
          yayğın alaqapıların vә bir-birinә qarışmış tüllәrin sehrli sәltәnәti
          Unnun ayaqları altına sәrilmişdi. Onların arasıyla su axırdı. Su
          dona-dona yeni tikililәr әmәlә gәtirirdi. Buz şәlalәnin әtәklәrini
          ayırıb başqa, yeni sәmtlәrә istiqamәtlәndirdi. Hәr yan işım-işım
          yanırdı. Günәş şüaları hәlә gәlib bura çıxa bilmәmişdi, amma
          hәr yan nәsә mәxsusi mavi-yaşıl, donuq-soyuq parıltıya bәlәnmişdi.
             Şәlalә ortada açılıb, sanki torpağın dibinәcәn aparan qara
          dәliyә tökülürdü. Şәlalә yarğanın küncündә güc topladıqca su
          axınla rәngini dәyişә-dәyişә irәli can atırdı – әvvәl qara idi,
          sonra yaşıl oldu, daha sonra sarı vә nәhayәt, ağ. Qara dәlikdәn
          sәs gәlirdi: su aşağıda daşlarla toqquşub ağ köpüyә çevrilirdi.
             Unn sevinc içindә qışqırdı, amma bu sәs uğultu vә nәriltiyә
          qarışıb eşidilmәz oldu – eynәn bayaq soyuq su tozunda nәfәsindәn
          çıxan isti buxar buludcuqlarının әriyib itdiyi kimi.
             Su tozu divar kimiydi, axın özünün lәng, amma heyrәtamiz
          memarlıq işini bir an belә dayandırmadan kәnar-bucağa yayılırdı.
          Şaxta bu sudan daxmalar, keçidlәr, dalanlar düzәldib, onların
          üstünü öz buz günbәzlәri ilә örtürdü. Mәnzәrә elә hey genişlәnir
          vә böyüyürdü. Unn hәyatında heç vaxt belә şüurlu vә heyrәtamiz
          iş görmәmişdi.
             Bütün bu mәnzәrә onun gözünә yuxarıdan açılırdı, amma
          onun aşağıdan necә göründüyünә dә baxmaq istәyirdi.  Vә o,

                                     41
   36   37   38   39   40   41   42   43   44   45   46