Page 36 - Tarey Vesos_Макет 1
P. 36

Tarey Vesos
                Vә budu, istәyinә çatdı. Daha xalasının mülayim sәsi, inadkar
            harayı da eşidilmәz olub: “Unn, bura gәl!” Elә bilir, Unn mәk -
            tәb dәdi.
                Bәs mәktәbdә nә düşünürlәr?
                O, bu haqda fikirlәşmәmişdi.
                Hә, yәqin, elә bilirlәr, xәstәlәnib. Ola bilәr dә. Әlbәttә.
            Görәn, Siss dә belә düşünür? Bәlkә, Siss mәsәlәnin nә yerdә
            olduğunu anlayıb?
                Unn qaçırdı vә donmuş, daş kimi möhkәm torpaq ayaqları
            altında tappıldayırdı. O, ara-sıra qarşısına çıxan qara şehli ağacların
            arası ilә elә gizlәnә-gizlәnә qaçırdı ki, yad gözlәr onu görmәsin.
            Әvvәlcә buzun üzәrinә çıxmaq, sonra sahil boyu hәrәkәt etmәk
            lazım idi.
                Siss. Bu dәqiqәlәrdә yalnız onu düşünürdü. Sabah, hәr şey
            bir az yoluna düşәndәn sonra onunla necә görüşәcәyi barәdә
            düşünürdü. Bu görüş heç dә bugünkü kimi çәtin olmayacaqdı.
            İndi daha tәk deyil. Tezliklә hәr sözünü deyә bilәcәyi birisini
            tapıb.
                O, sevinc içindә qırov örtmüş torpağın üstüylә, qırova bürünәn
            vә gümüş kimi parıldayan çinarların arasıyla aşağı, buza tәrәf
            qaçırdı. Artıq demәk olar, hava tamam işıqlaşmışdı. İri, solmuş
            yarpaqlar vә solğun kolluqlarla örtülmüş torpaq. Unn yüyürәn
            zaman onlara toxunurdu vә gümüşü qırov onun uzunboğazları
            altında şәkәr tozu kimi astadan xırçıldayırdı.
                O, sevinclә düşündü:
                Get-gedә daha da qalınlaşır.
                Buz belә olar da.
                Gecәlәr xırçıldayır. Yәqin ki, kimsә bu sәsdәn yata bilmәyib
            fikirlәşir: buz bir az da qalınlaşdı...
                Belә şaxtada onların köhnә kәnd evlәrinin divarları da
            xırçıldayır. Xalası deyir ki, bu, şalbanın sıxılmağındandı. Gecәlәr
            bu sәslәri eşidәndә “get-gedә qalınlaşır” demәmәlisәn, düşünmәlisәn
            ki: “...şaxtaya bir bax, evi dә çatladır”.
                Artıq sahildә dayanıb-durmuşdu. Yәqin, onu görüb-elәyәn
            olmayıb. Demәk, heç kim heç nә demәyәcәk.

                                       36
   31   32   33   34   35   36   37   38   39   40   41