Page 34 - Tarey Vesos_Макет 1
P. 34
Tarey Vesos
Özünü elә göstәrmәlidi ki, mәktәbә gedir, yolda nә qәdәr ki
qabağına çıxan olmayıb, başqa sәmtә dönәr. Dönüb gizlәnmәli
vә dәrslәrin bitmәsini gözlәmәlidi.
Xalası tәlәsdirsә dә, Unn bel çantasının yanında dayananda
ondan soruşdu:
– Niyә belә tez gedirsәn?
– Bәyәm hәmişәki vaxt deyil?
– Mәncә, yox.
– Sisslә görüşәcәm.
Bunu deyәndә elә bil canına tikan batırdılar.
– Neynәk. Yәni artıq belә dostlaşmısız?
– Aha.
– Onda işindә ol. Get. Yaxşı ki, belә isti palton var, dәhşәt
şaxtadı. İsti әlcәklәrini dә götür.
Adәtәn, bu sözlәr Unna mәktәbә uzanan yolun hәr iki tәrәfinә
çәkilәn çәpәr kimi tәsir elәyirdi, bu sözlәr onu heç hara dönmәdәn
birbaş mәktәbә aparırdı. Amma bu gün yox, Siss dünәn ondan
qaçandan sonra hәr şey dәyişmişdi.
– Nә mәsәlәdi?
Unn diksindi.
– Әlcәklәrimi tapa bilmirәm!
– Onlar ki buradadı, düz qabağında.
O, hәyәtә, artıq geri çәkilәn qaranlığa daxil oldu. Gözdәn
itәn kimi bu günü harada keçirәcәyi barәdә düşünmәliydi.
Bu gün ağlında olan yalnız bir fikirdi: Siss.
Bu yol ona uzanır.
Bu yol Sissә uzanır.
Onunla görüşә bilmәrәm, onu yalnız düşünә bilәrәm.
Başqa heç nә barәdә düşünmәk olmaz.
Yalnız artıq tapdığım Siss barәdә.
Güzgüdә ikimizik: mәn vә Siss.
Qığılcımlar vә parıltılar.
Yalnız Siss barәdә düşünmәk.
Hәr addımda.
34