Page 31 - Tarey Vesos_Макет 1
P. 31
Buz qəsr
Siss başını buladı.
– Sadәcә, qaça-qaça gәldim.
– Qaranlıqdan qorxdun? – soruşub astadan güldülәr. Axı
qaranlıqdan qorxana gülmәk lazımdı.
Siss cavab verdi:
– Mәn? Qaranlıqdan?
Ata:
– Nә bilim, nә bilim, – dedi, – amma hәr halda, sәn artıq
böyük qızsan, daha qaranlıqdan qorxan vaxtın deyil. Adam elә
bilәr, dalınca düşәn-zad olub ki, bütün yolu qaçmısan.
– Siz yatanacan gәlib çatmalıydım axı. Özünüz tapşırmışdız...
– Özün dә yaxşı bilirsәn ki, biz belә ertәdәn yatmırıq. Demәli,
mәsәlә bizlik deyil.
Siss donmuş uzunboğazları ayağından güclә çıxardı vә onlar
tappıltıyla döşәmәyә düşdü.
– Bu gün yaman çox danışırsız!
– Nә, nә deyirsәn?
Tәәccüblә qıza baxdılar:
– Biz nә dedik ki?
Siss uzunboğazları vә corablarıyla әllәşә-әllәşә onların
suallarını cavabsız qoydu.
Anası qalxdı:
– Belә görürәm, sәn nәsә... – deyib söhbәtә başlamaq istәyirdi
ki, dayandı. Sissin sifәtindәki ifadә onu saxladı. – Әvvәl get bir
әl-üzünü yu, rahatlan.
– Yaxşı, ana.
Doğrudan da, xoş idi. Yuyunmağı uzun çәkdi. Bilirdi ki,
sorğu-sualdan canını qurtara bilmәyәcәk. Qayıdıb stula әylәşdi.
Otağına keçib özüylә tәk qalmağa qәrar verә bilmәdi. Onda
sualların sayı daha çox olacaqdı. Qoy indi olsun.
Ana dedi:
– Bax belә yaxşı oldu.
Siss susmuşdu. Ana davam elәyirdi:
– Hә, Siss, orada – Unngildә necә oldu? Maraqlıydı?
Siss kәskin tәrzdә:
31