Page 29 - Tarey Vesos_Макет 1
P. 29

Buz qəsr
             Mәgәr bilmirdi ki, geri qayıdanda nәlәr ola bilәr? Bilirdi,
          amma ... Unnla görüşә getmәyә bilmәzdi.
             Haradasa buz çatladı. Sәs donmuş göl boyu sürüşüb susdu,
          sanki dәliyә girdi. Buz qalınlaşanda oynamağa başlayır – uzun-
          uzun çatlar yaradır. Bu sәsin qorxusundan Siss tullandı.
             Vahimә. Heç bir dayağı olmayan bu qız geriyә uzanan yolda
          özünü zülmәtin ağuşuna atmışdı. Unnun yanına gedәndә addımları
          indiki kimi deyildi, inamlıydı. Düşünüb-daşınmadan yüyürmәyә
          qәrar vermişdi vә bu, onun çox böyük sәhvi idi. Odur ki, belә
          axşamlarda qәflәtәn adamın arxasında peyda olan mәchulluğun
          qarşısında aciz qalmışdı.
             Hәr şeyi udan mәchulluğun.
             Unnla görüş onu haldan salmışdı, odur ki, sağollaşıb evdәn
          çıxanda tamam özünü itirmişdi. Qaçmağa başladığı ilk addımdan
          qorxu canına hakim kәsilmişdi vә get-gedә uçqun kimi artırdı.
          O, yolun hәr iki tәrәfindә pusquda dayanmış qorxunun qarşısında
          aciz idi.
             Yolun hәr iki tәrәfini bürümüş zülmәt. Nә surәti, nә adı var,
          amma sәn onun necә sürünә-sürünә hәrәkәt etdiyini, sanki buz
          damlaları kimi dәrindәn axdığını açıq-aydın hiss elәyirsәn.
             Dәhşәt dörd bir tәrәfdәn Sissi әhatәyә almışdı. Bu zülmәtdәn
          vahimә keçirirdi.
             Birazdan evdә olacağam!
             Yox, hәlә belә tez gedib çatmayacaqsan!
             Hәtta şaxtanın onun üzünü necә yandırdığını da hiss elәmirdi.
             İndi evdәkilәrin nә etdiyini tәsәvvürә gәtirmәk lazımdı.
          Lampa yanır, otaq isti vә işıqlıdı. Ana vә ata kresloda oturub.
          Budu, onların yeganә övladları da qayıdıb gәlib. Yeganә övladları –
          hәr an bir-birlәrinә xatırlatdıqları hәmin o yeganә övladları ki,
          onu әrköyün böyütmәk olmaz. Onun üzәrindә ciddilik yarışına
          giriblәr... Yox, bu da kömәk olmur, axı o, orada deyil, burada,
          yolun hәr iki kәnarında gizlәnәn qorxunun ortasındadı.
             Bәs Unn?
             Unn haqqında düşünmәyә başladı.
             Hәmin o qiyamәt, gözәl, tәnha Unn haqqında.

                                     29
   24   25   26   27   28   29   30   31   32   33   34