Page 33 - Tarey Vesos_Макет 1
P. 33

Buz qəsr
             Unn başını pәncәrәdәn çıxaran kimi hәlә işıqlanmamış havada
          qulağına gölün buzunun cırıltısı gәldi. Sanki bu, yeni günün
          başlanmasına bir işarә idi. Gecә öz otağında da uzaqdan gәlәn
          cırıltı sәsi eşitmişdi. Onda bu, hәlә gecәnin bir alәmi olmasının
          әlamәtiydi. Hәlә yuxuya gedә bilmәmişdi. Sisslә birlikdә keçirdiyi
          hәmin axşamdan dәrhal sonra necә yata bilәrdi? Elә hey Sisslә
          münasibәtlәrinin necә davam edәcәyi barәdә düşünürdü.
             Xala süfrәni hazırlaya-hazırlaya:
             – Dәhşәt şaxtadı, – dedi.
             Evin üzәrindә soyuq ulduzlar sayrışdı. Onlar qәrb tәrәfdә
          solub xәsis dekabr sәhәrinin fonunda görünmәz oldular.
             Hava azca işıqlaşdı vә qırova bürünmüş ağacların görüntüsü
          aydınlaşmağa başladı. Unn mәktәbә hazırlaşa-hazırlaşa ağaclara
          baxdı.
             Mәktәbә, Sissin yanına.
             Vә bu gün başqa heç nә barәdә düşünmә!
             Bu an ağlına gәlәn fikirdәn bәdәni ürpәşdi: indi, onların bu
          bir neçә saatlıq üzücü ayrılığından sonra Sissin üzünә baxa
          bilmәyәcәk. O, Sissi qorxutdu vә o qız Unndan qaçdı. Bundan
          sonra onunla belә tez görüşmәk olmaz. Bu gün mәktәbә
          getmәmәlidi. Soluxan qaranlığın içindәn çıxan şehli ağaclara
          baxdı. Haradasa gizlәnmәk lazımdı. Gözә görünmәmәk. Bu gün
          Sisslә görüşmәmәlidi.
             Sabah hәr şey başqa cür olacaq. Bu gün isә o, Sissin gözlәrinә
          baxa bilmәz.
             Fikrindә başqa şey yox idi, onu qarabaqara izlәyәn yalnız bu
          fikir idi.
             Görüşmәk hәsrәtindә olduğu Sisslә görüşmәmәk.
             Amma istәnilәn halda, hәmişәki kimi evdәn çıxmalıydı.
          Mәktәbә getmәk istәmәdiyini xalasına desәydi dә, bir xeyri
          olmayacaqdı. Sözü havada qalacaqdı. Xәstәliyi bәhanә gәtirmәk
          artıq gec idi, hәm dә yalan danışa bilmirdi. Unn oğrun-oğrun
          güzgüyә baxdı: azca da xәstәyә oxşayıb-elәmir, onsuz da, inanan
          olmayacaqdı.
                                     33
   28   29   30   31   32   33   34   35   36   37   38