Page 35 - Tarey Vesos_Макет 1
P. 35
Buz qəsr
İlk şehli ağaclara çatdı vә ağaclar onu gizlәdilәr. Burada
yoldan çıxdı. Adәtәn, evә qayıtdığı vәdәlәrә qәdәr haradasa
gizlәnib gözlәmәlidi ki, artıq sorğu-sual olmasın.
Hara getsin? Bu uzun dәrs saatlarını harada keçirsin? Özü dә
belә soyuqda. Nәfәs aldığı hava yumaq kimi boğazında ilişib
qalırdı. Şaxta yanaqlarını yandırırdı. Amma әynindә isti paltosu
var, özü dә payız boyu artıq soyuğa öyrәşib, donub-elәmәz.
Baxxx! – Uzaqdan gölün üzәrindә işım-işım yanan buzun
gurultusunu eşitdi.
Әla! Hәr şey öz-özünә düzәldi. Nә etmәli olduğu dәrhal ona
çatdı.
Buzun üzәrindә gәzişәcәk.
Tәk-tәkinә.
İşi qaydaya düşdü, özü dә donub-elәmәz, hәr şey yolundadı.
Son günlәr sinifdә hamı buz üzәrindә gәzinti barәdә danışırdı.
Unn bu söhbәtlәrә qoşulmasa da, deyilәnlәri eşidirdi. Mәlum
mәsәlәydi ki, gәzintini tәxirә salmaq olmazdı, istәnilәn gün qar
yağa bilәrdi.
Gölün hansı tәrәfindәsә bu uzun çәkәn soyuqlarda donub
qeyri-adi buz dağı yaradan fәvvarә var idi. Deyirdilәr ki, qәsrә
oxşayır vә onun әvvәllәr dә mövcud olub-olmadığını buradakılar
xatırlamırdılar. Unn elә o qәsrә yollanacaq. Әvvәlcә gölün
üzәriylә çay axan tәrәfә, sonra isә çay boyunca fәvvarәyә sarı
getmәlidi. Bu gәzintiyә ümumilikdә bir qısa qış günü sәrf olu-
nacaq.
Әla, bütün günü mәşğuliyyәti olacaq.
Amma axı o, qәsrә Sisslә birlikdә baxmaq istәyirdi...
Bu fikri özündәn uzaqlaşdırıb sevinclә düşündü: gәlәn dәfә
Sisslә gedәrik, belә lap yaxşı olar.
Gölün üzәrindәki buz elә hamar vә parlaq idi ki, heç buza
oxşamırdı. Elә bil buz yox, polad idi. Göl donan müddәtdә suya
bir qar dәnәciyi dә düşmәmişdi, elә donandan sonra da.
Buz qalın vә möhkәm idi, sәs sala-sala, çat verә-verә daha da
möhkәm olmuşdu. Unn gölaşağı qaçdı. Belә şaxtada gәrәk ancaq
qaçasan. Hәm dә tez-tәlәsik adam olmayan yerә çatmaq istәyirdi.
Bu gün onu heç kim görmәmәliydi.
35