Page 37 - Tarey Vesos_Макет 1
P. 37

Buz qəsr
             Tәxmin etdiyi kimi, bu ertә vaxtı buzun üzәrindә ins-cins
          yox idi. Az sonra uşaqlar qaçıb gәlәcәk. Onlara burada keflәri
          istәyәn qәdәr oynamağa icazә verirlәr: buz qaya kimi möhkәmdi.
          Azca da tәhlükә yoxdu. Gölün ucu-bucağı görünmür, burada
          nәhәng buz meydançası әmәlә gәlib.
             Sahildә dayanıb şәffaf buzun içәrisinә baxmaq maraqlıydı.
          Unnun cәmi on bir yaşı var vә o, әlavә işıq düşmәsin deyә
          sifәtini әllәriylә örtüb üzüqoylu buzun üstündә uzana bilәr.
             Onda adama elә gәlir ki, yuyulmuş pәncәrәdәn içәri baxır.
             Günәş indicә çıxdı, onun çәp, soyuq şüaları buzu dәlib
          keçәrәk gölün lillә, daşlarla vә hansısa bitkilәrlә örtülmüş
          dәrinliyinә çökdü.
             Göl sahil tәrәfdә tamam donmuşdu. Künc tәrәflәr qırovdan
          ağarmışdı, üst tәrәfi buzun tutqun, hamar qatı örtmüşdü. Buz
          qatında enli, yarımdairәvi yarpaqlar, nazik saplaqlar, hansısa to -
          xum lar, çör-çöp, xırda hәşәratlar donub-qalmışdı. Vә bütün bunlar
          şaxtalı havaya qarışmışdı, üzәrlәrinә gün şüası düşәndә mirvari
          kimi parıldayırdılar. Bu layın içindә qara, yumru çay daşları,
          hansısa sınıq çubuqlar donub-qalmışdı. Gölün üstünә yıxılan
          qıjıların sınıq budaqları zәrif tülü xatırladırdı.
             Bitkilәrdәn bәzilәri, şaxtalara qәdәr olduğu kimi, köklәriylә
          yerә pәrçimlәnib yuxarı uzanmış, әvvәllәr gölün üstündә üzәnlәr
          isә donmuş suya yapışıb buz qatında qurumuşdu.
             Unn uzanıb istәnilәn nağıldan maraqlı olan bu mәnzәrәdәn
          gözünü çәkә bilmirdi.
             Yenә baxmaq istәyirәm...
             O, soyuğu hiss etmәdәn buzun üstündә üzüqoylu uzanmışdı.
          Onun zәrif bәdәnindәn gölün dibinә qәribә kölgә düşürdü. Gölün
          hamar güzgüsü üzәrindә bir qәdәr irәli sürüşdü. Bir dünya işığa
          bәlәnmiş buzun üzәrindәki tül qıjılar arxada qaldı.
             Nәhayәt, bu da hәmin o müdhiş yarğan.
             Daha dәrin olan yerdә hәr şey daha tәlatümlü idi. Nadir
          yosunların arasında, lilin içindә balaca bir xәrçәng ayaqlarını
          tәrpәdirdi. Amma xeyri yox idi, su bulanmırdı vә o, yerindәn
          tәrpәnә bilmirdi. Sahildәn bu tәrәfә daha bir addım vә sanki
          divar, ya arakәsmә әsl qara dәliyә açılır.
                                     37
   32   33   34   35   36   37   38   39   40   41   42