Page 42 - Tarey Vesos_Макет 1
P. 42

Tarey Vesos
            qırovla örtülmüş tәpәdәn şәlalәyә qәdәr olan dolanbac yolla
            aşağı düşmәyә başladı. Nәhәng buz qәsr bütün varlığına hakim
            kәsilmişdi.
                Onu bütün gözәlliyi ilә yalnız aşağıda – balaca bir qızın
            baxışlarına necә açıla bilәrsә, elәcә gördü. Çәkdiyi vicdan әzabları
            da sәssizcә yoxa çıxdı. Nәhәng buz qәsr buradan dәfәlәrlә
            әzәmәtli vә füsunkar görünürdü. Әlbәttә, bura gәlmәkdә çox
            düzgün elәmişdi.
                Mәnzәrә onu tamamilә mәst elәdi. Buz divarlar buradan
            sanki göyә ucalırdı vә onlar elә bil onun baxışları altında daha da
            böyüyürdülәr. Hara baxırsa, hәr yerdә gözünә şәbәkәlәr, tikililәr
            dәyir vә o, heç bunların adlarını da bilmir. Buz dörd bir yanı
            tutdu, yalnız ortada – şәlalәnin töküldüyü yerdә boşluq var idi.
                Su bәzi yerlәrdә inşaat işlәrini bitirib özündәn sonra burada
            parlaq vә quru tikililәr qoyub getmiş, bәzilәrindә isә sırsıralar
            asılıb qalmış vә buzdan düşәn damcılar dәrhal boz-yaşıl buza
            dönmüşdü.
                Bu ecazkar qәsr. Burada nәsә bir giriş varsa, içәri keçmәyә
            cәhd etmәk lazımdı. Ora, yәqin, heyrәtamiz dәhlizlәr vә alaqapılarla
            doludur. Onları da mütlәq görmәk lazımdı. Gözlәri qarşısında
            açılan mәnzәrә elә qeyri-adi idi ki, Unn dünyada olan hәr şeyi
            unutmuşdu vә düşüncәlәrinә hakim kәsilәn yeganә istәk bu buz
            saraya daxil olmaq idi.
                Amma bu, asan deyildi. Bir neçә dәfә gözünә giriş kimi
            görünәn, әslindә, çala idi. Amma Unn geri çәkilmәk fikrindә
            deyildi vә nәhayәt, içindәn sürüşüb keçmәk mümkün olan, kifayәt
            qәdәr geniş, yaş bir yer tapa bildi.
                İlk zala daxil olanda ürәyi möhkәm döyünmәyә başladı.
                Hәr tәrәf yaşıla bürünmüşdü, yalnız orada-burada tutqun işıq
            çatlarının tirlәri zala әlavә rәng verirdi. Bir dә dәhşәtli soyuq,
            vәssalam. Bu yerdәn nәsә bir vahimә boylanırdı.
                Sәbәbini özü dә bilmәdәn qışqırdı:
                – Au!
                Sanki kimisә haraylayırdı. Boşluğun tәsirindәndir. Qışqırmaq
            istәyirsәn. Axı özü dә bilir ki, burada heç kim yoxdu, amma hәr
            halda...
                                       42
   37   38   39   40   41   42   43   44   45   46   47