Page 44 - Tarey Vesos_Макет 1
P. 44

Tarey Vesos
                Düz bilib, darısqal zaldan çıxış o uzaq küncdәdi. Suyun
            qoyub getdiyi yaşıl quru buz bәrq vururdu.
                O biri zalda gördüklәrindәn, az qala, nәfәsi dayandı.
                O donub-qalmış meşәnin ortasında dayanmışdı. Buz meşәnin.
                Bir az әvvәl bura tökülmüş sulardan ağac gövdәlәri, ağac
            budaqları әmәlә gәlmişdi. İri ağacların ortasında tala da var idi.
            Adı bәlli olmayan bir çox başqa şeylәr dә qәribә vücudlarıyla
            donub-qalmışdılar.  Vә onlar da burada öz yerlәrindәki kimi
            görünürdülәr. Әslindә, burada hәr şey öz yerindәydi. Unn gözlәrini
            geniş açıb bu sirli nağıllar dünyasına baxırdı.
                Şәlalәnin uğultusu haradasa uzaqdaydı.
                Zal işıqlıydı. Günәş bura girә bilmirdi. Yәqin, hәlә göyün
            üzәrinә tam qalxa bilmәmişdi, amma sübh işığı buz divarların
            hәr tәrәfindәn bura soxularaq özüylә qәribә parıltı gәtirmişdi.
            Çox soyuq idi.
                Belә bir yerә gәlib çıxmısan, soyuq nәdi? Buz sәltәnәtindә
            belә dә olmalıdı. Unn heyrәtlә meşәyә baxıb yenidәn qәtiyyәtsiz
            halda sanki nәyisә yoxlamaq üçün qışqırdı:
                – Au!
                Cavab olmadı.
                O diksindi: cavab yox idi.
                Daş kimi möhkәm buzlar onu әhatәyә almışdı. Hәr şey qәribә
            idi. Burada adama hay vermirdilәr. Burada nәsә başqa cür idi. Bu
            fikirdәn sәksәnib özünü tәhlükәdә hiss etdi.
                Meşә ona düşmәn kәsilmişdi. Zal hәdsiz gözәl olsa da,
            düşmәn idi vә o qorxurdu. Hәlә ki başına bir iş gәlmәyib, tez
            çıxışı tapmalıydı. Daha haralara getmәli olduğu barәdә – irәlimi,
            gerimi – düşünә bilmirdi, bu hissi qeyb olmuşdu.
                Yenidәn arasından keçә bilәcәyi hәmin o deşiyi tapa bildi.
            Yolboyu keçidlәr sanki qarşısında sifarişlә açılırdı. Başqa birindәn
            keçәndә dәrhal onu tamam özgә, әvvәlki hәyatdan tanıdığı adi
            gün işığı qarşıladı.
                Yüngül peşmançılıq hissi keçirib tez-tәlәsik ora-bura baxdı:
            başı üzәrindә yenә adi göy üzü idi. Uzaqda qalmış yüksәklikdәki
            buz topasının әvәzinә, mavi şaxtalı göy üzü görünürdü. Unn

                                       44
   39   40   41   42   43   44   45   46   47   48   49