Page 49 - Tarey Vesos_Макет 1
P. 49
Buz qəsr
Amma bura girә bilmişdi axı.
Düz fikirlәşmirәm.
Mәnә axı girmәk yox, çıxmaq lazımdı. Bu, tamam başqa
mәsәlәdi. Әlbәttә, buradan çıxmalı olsam, mәni bura gәtirәn
hәmin deşiyi tapmalıyam.
Qışqırmağın xeyri yoxdu. Uğultu, sәsi boğub aparır. Qarşısında
artıq kiminsә gözündәn axmış bir gölmәçә, göz yaşı var. Bәlkә,
bu gölmәçәylә üzüb çıxsın? Amma yox, lazım deyil. O artıq öz
göz yaşlarını başqa yerdә boşaltmışdı.
Divarı taqqıldatdılar?
Yox! Buranın divarlarında taqqıltı olmur. Belә buz divarlarda
taqqıltı sәsi olmur.
Quru yer axtarmağa başladı. Nәhayәt, quru, şaxtalı, nәmiş
olmayan bir künc tapdı. Oturub ayaqlarını altına yığdı: daha
onları hiss elәmirdi. Bütün bәdәni keyimişdi, soyuğu daha elә
kәskin hiss elәmirdi. Bütün canını süstlük bürümüşdü. Geriyә –
paltoya, xalaya, Sissә qayıtmaq üçün buradan çıxışı ciddi şәkildә
düşünüb tapmaq öncәsi bir az dincәlsә yaxşıdı.
Fikirlәri get-gedә daha çox qarışırdı. Qarşısında anasının
çöhrәsi göründü, tez dә harasa qeyb oldu. Qalan hәr şey qırıq-
qırıq parlaq işıq zolaqları içindә üzәn dumana çevrildi. Neynәk,
nәsә vacib bir şey olsa, hәlә düşünmәyә vaxtı var.
Hәr şey elә çoxdan olmuşdu ki, indi artıq uzaqlardaydı. Bu
qәdim qәsrdә ora-bura qaçmaqdan yaman yorulmuşdu. Bir az
oturub qalmaq necә dә yaxşıydı, soyuq daha ona әzab vermirdi.
Ayaqlarını bәrk-bәrk yığıb oturmuşdu. Niyә unudub, axı ayağında
iki cüt yun corab var.
Yerә düşәn damcıların sәsini eşitdi. İlk әvvәl şәlalәnin güclü
uğultusundan başqa, heç nә yox idi, amma indi “tıp-tıp” sәslәrini
aydın eşitmәyә başlamışdı. Damcılar hәvәssiz-hәvәssiz alçaq ta-
vandan qopub yerdә bitәn sırsıraların vә çalaların üzәrinә düşüb
eyni ahәnglә, ara vermәdәn oxuyurdu: tıp-tıp, tıp-tıp...
Bu nәdi?
Belini dikәltdi. Onu ömründә heç vaxt keçirmәdiyi qorxu
bürüdü. Qışqırdı. Qәflәtәn içindә qara, dәrin çığırtı çeşmәsi
açılmışdı, amma onlardan yalnız birini çıxara bildi.
49