Page 51 - Tarey Vesos_Макет 1
P. 51

Buz qəsr
          qalmışdı. Düzdür, canında nәsә bir ağırlıq, süstlük hiss elәyir, bir
          az mürgülәsә yaxşı olar, amma bu göz ona yatmağa aman ver-
          mir.
             Sakitcә divarın yanında oturub qalmışdı, başını qaldırıb
          işıldayan buza baxırdı. İşıq daha parlaq olmuşdu, sanki alışıb-
          yanırdı. Onunla göz arasında eyniahәngli musiqilәriylә sürәtlә
          yerә tökülәn damcılar görünürdü.
             Bu yanar göz, demә, olsa-olsa, xәbәrdarlıq imiş: otaq qәflәtәn
          alova dönüb onun içindәcә batdı.
             Qış günәşi artıq elә hündürә qalxmışdı ki, şüaları buz sarayacan
          gәlib çatırdı.
             Günәş geciksә vә soyuq olsa belә, hәlә dә gücünü kifayәt
          qәdәr saxlamışdı. Şüaları buz divarların künclәrini, dәlmә-
          deşiklәri dәlib keçirdi vә bu süst otaq içәri dolan işığın qәribә
          rәngli zolaqlarına qarışıb rәqs edirdi. Tavandan asılan vә yerdәn
          qalxan sırsıralar, damcılar, әtrafda olan hәr şey bura soxulan bir
          dünya işıqda rәqs edirdi. Damcılar bir-bir işıldayıb buza dönürdü
          vә hәr dәfә bu xırda otaq bir damcı azalırdı. Onlar yavaş-yavaş
          bütün otağı tutacaqdılar.
             Bir dünya gözqamaşdıran işıq. Unnun tәsәvvüründә bu an
          mövcud olan yeganә bir şey işıq idi. Zәnlә ona baxan hәmin göz
          dә artıq yanıb işığa dönmüşdü. Yorğun-yorğun düşündü: gör nә
          çox işıq var.
             İndi yatacaq. Axı canı isinib. Hәr halda, daha üşümür.
             Zolaqlar buz divarda rәqs elәdi vә bura daha işıqlı oldu.
          Yuxarı vә aşağı yerini dәyişmişdi, içәri dolan işıqda hәr şey bir-
          birinә qarışmışdı. Amma bu, Unna heç dә qәribә görünmәdi, hәr
          şey belә dә olmalıydı. Canı süstlәşib zәiflәmişdi, yatmaq, yuxuya
          getmәk istәyirdi.










                                     51
   46   47   48   49   50   51   52   53   54   55   56