Page 54 - Tarey Vesos_Макет 1
P. 54

Tarey Vesos
                – Sabahınız xeyir, – dedi.
                Doğrudanmı Unn gәlmәyәcәk.
                Bu zaman ağlından keçәni sinifdә tәsdiqlәdilәr:
                – Unn bu gün yoxdu.
                Dәrs başlandı.
                Unn bu gün yoxdu. Sakit tonla qeyd olundu. Doğrudur,
            müәllimi diqqәtlә dinlәyәn Siss onun sәsindә nәsә yüngül bir
            tәәccüb hiss etdi. O birilәr isә, yәqin, heç nә sezmәdilәr. Bu gün
            biri yoxdu, sabah da o biri olmayacaq. Burada hәyәcanlanmalı
            nә var ki? Müәllim Unnun bu gün dәrsә gәlmәdiyini qalın
            jurnalda qeyd etdi. Vәssalam.
                Parta arxasında әylәşәn Siss әsәb keçirirdi.
                Bilirdi ki, Unn heç vaxt dәrs buraxmır. Demәli, nәsә bir
            hadisә olmuşdu. Siss dәrhal bunu dünәnki görüşlәri ilә әlaqәlәndirdi.
            Bәlkә, Unn bu gün, sadәcә, onun gözünә görünmәk istәmәyib?
            Doğrudanmı bu qәdәr utancaqdı?
                Fasilә zamanı Siss özünü bacardıqca tox göstәrmәk istәdi.
            Görünür, buna nail ola bildi: ona nәsә deyәn olmadı. Heç bu gün
            mәktәbә gәlmәyәni dә yada salmadılar. Hәm dә, hәr halda, o qız
            onlara yad idi.
                Dәrs öz axarıyla gedirdi. Gecikmiş qış günәşi çıxıb әlini var
            gücüylә pәncәrәyә vurdu. Siss sәbirsizliklә dәrsin bitmәsini
            gözlәyirdi. Unnun yanına gedib nә baş verdiyini öyrәnmәk
            istәyirdi. Amma gün elә hey uzanmağındaydı.
                Günortadan sonra günәş tutuldu – özünün üfüqә tәrәf olan
            qısa yolunu başa vurmamış göy üzü boz, xovlu buludlarla
            qarşısına pәrdә çәkdi.
                Müәllim yerindәn dedi:
                – Xәbәr veriblәr ki, bu gün hava dәyişәcәk, hәtta qar da
            deyiblәr.
                Qar.
                Bu ilin ilk qarı.
                Qar – qısa vә yığcam bir söz.
                Necә dә xüsusi sәslәnişi var. Bu sözün arxasında nәlәrin
            dayandığını bütün sinif gözәl bilirdi. Qar. Onların hәyatlarının
            böyük bir hissәsi.
                                       54
   49   50   51   52   53   54   55   56   57   58   59