Page 53 - Tarey Vesos_Макет 1
P. 53

Buz qəsr
             Düşündü ki, yәqin, Unn bu gün özünü rahat hiss etmәyәcәk.
             Belә vәhşi şaxta nadir hallarda olurdu. Sübhçağının ipәk
          kimi zәrif alatoranlığı üzәrindәki mavi göy üzü polad kimiydi.
          Bu gün yolun kәnarlarından onu qorxudan-zad yox idi, get-gedә
          açılan sәhәrin alatoranlığında addımlamaq hәtta xoş idi. Necә dә
          qәribәdi, axşam bu yolda adam az qalır havalansın.
             Unna, görәn, nә olmuşdu?
             Әlbәttә, gec-tez özü açıb danışacaq. Bu haqda düşünmәk
          istәmirәm. Sadәcә onunla birlikdә olmağı arzulayıram. Mәnә
          heç nә demәyә dә bilәr. Әgәr pis bir şeydisә, heç onu bilmәk belә
          istәmirәm...
             Siss tәlәsik yaxşıca qızdırılmış sinif otağına girәndә, uşaqların
          çoxu yerindә olsa da, Unn hәlә gәlmәmişdi. Kimsә dilucu dedi:
             – Salam, Siss.
             Dünәnki görüş barәdә heç kimә heç nә demәdi. Dünәn bir-
          birlәrinә ötürdüklәri o mәktublara görә, tәbii ki, bütün uşaqlar
          maraq içindәydi, amma heç nә soruşmurdular, görünür, hamı
          onun kimi Unnun gәlib çıxmasını gözlәyirdi. Siss qәrarında
          qәtiydi: qapıda görünәn kimi Unnu qarşılayacaq vә bununla da
          münasibәtlәrinin nә sәviyyәdә olduğunu hamıya nümayiş etdirәcәk.
          Bu fikirdәn elә sevinirdi ki, yerindә dә otura bilmirdi.
             Doğrudanmı o artıq dәyişib? Köhnә dәstәsindәn olan qızlar
          birbaşa üzünә dedilәr:
             – Siss, sәnә nә olub?
             – Heç nә.
             Mәgәr onlardan qırılıb sevinc içindә Unnla birlәşmәk istәdiyi
          üzündәn oxunur?
             Doğrudanmı onların belә iti baxışları var? Neynәk, qoy olsun.
          Onsuz da, tezliklә sirr açılacaq. Nә olur-olsun, onsuz da, o, başqa
          cür hәrәkәt edә bilmәz – üz-gözü sevinc içindә Unnu qarşılayacaq.
             Nә olub, niyә yoxdu Unn – onun hәyatının yeniliyi axı nә
          vaxt sübhün ala-toranında peyda olacaq?
             Unn yox idi.  Az sonra, ondan başqa, hamı artıq yerindә
          әylәşmişdi. Müәllim dә gәldi. Dәrs başlayır.
             Müәllim:

                                     53
   48   49   50   51   52   53   54   55   56   57   58