Page 56 - Tarey Vesos_Макет 1
P. 56

Tarey Vesos
                – Aranızda Unnla dostluq edәn, onun xәstә olub-olmadığını
            bilәn varmı? – soruşdu. – Axı o, mәktәb açılandan bir gün dә
            dәrs buraxmayıb.
                Sinif susurdu, Siss özünü güclә saxlamışdı.
                Müәllim soruşdu:
                – Doğrudanmı o, belә tәkdi?
                Siss yerindәn dillәndi, hәtta qışqırdı:
                – Yox, elә deyil.
                Hamı ona sarı döndü. Siss qızardı.
                – Siss, sәn idin?
                – Bәli.
                – Sәn Unnla rәfiqәsәn?
                – Bәli.
                Uşaqların baxışlarında şübhә әmәlә gәldi.
                – Demәk, sәn ona nә olduğunu bilirsәn, elәmi?
                – Bu gün onu görmәmişәm.
                Sissin sifәtinin ifadәsi elә qәribәydi ki, müәllim söhbәti
            davam etdirmәyә qәrar verdi. Ona yaxınlaşdı:
                – Sәn dedin ki...
                – Dedim Unnla rәfiqәyik, – müәllimin sözünü ağzında qoydu
            vә düşündü ki, artıq hamı bunu bildi.
                Yaxınında oturan qızlardan birinin baxışlarından bu sualı
            oxudu: nә vaxt çatdıra bildin? Vә odur ki, әrklә davam etdi:
                – Biz dünәn axşam dostlaşmışıq. Aydın oldu?
                Müәllim:
                – Әzizim, – dedi, – mәgәr burada sәnin xәtrinә dәyәn oldu?
                – Xeyr, amma...
                – Demәk, dünәn axşam Unn xәstә-zad deyildi, elәmi?
                – Bәli.
                – Yaxşı. Olarmı bu gün evә gedәndә әvvәlcә ona baş çәkib
            nә baş verdiyini öyrәnәsәn? Düzdür, yolunuz bir deyil, amma
            әziyyәt dә olsa, dost üçündü.
                Siss:
                – Yaxşı, – dedi.
                – Çox sağ ol.

                                       56
   51   52   53   54   55   56   57   58   59   60   61