Page 58 - Tarey Vesos_Макет 1
P. 58

Tarey Vesos
            hәyәcan dolu fikirlәrlә gәlmişdi, indi dә, budur, xala çölә çıxıb
            yola baxır. Niyә?
                Siss göydәn tökülәn qarın altında iri addımlarla evә tәrәf can
            atdı. Qarın altında dayanmış bu sısqa, tәnha qadın gözünә aciz
            göründü.
                Siss kandara çatanacan o, çox da hündürdәn gәlmәyәn sәslә
            qışqırdı:
                – Unna nәsә olub?
                – Nә? – Siss heyrәtlәndi.
                Yüngül, anlaşılmaz zәrbә.
                Burada nәsә yerindә deyil. Hәr şeyi yoluna qoymaq lazımdı.
                – Soruşuram, niyә Unnsuz gәlmisәn?
                Daha tәşvişi gizlәtmәyin faydası yox idi:
                – Unn evdә deyil?
                Tәhlükәnin qaranlıq dәlmә-deşiklәri qәflәtәn qorxunun
            pәncәrәlәri kimi taybatay açıldı. Hәr iki tәrәfdәn çaşqın suallar.
            Evdә vә sarayda sәmәrә vermәyәn dәlisov axtarışlar.
                Çaşqınlıq dolu qaçhaqaç. Nә evdә, nә dә yaxınlıqda telefon
            var, xala zәng etmәk üçün uzaq qonşulara qaçmazdan qabaq
            dedi:
                – Hava qaralır, qorxuram çatmayaq.
                Siss evә, valideynlәrinin yanına qaçdı. İndi onların özlәrinә,
            sözlәrinә ehtiyacı vardı. Qar isә yağmağında idi. Hava toranlaşırdı.
                Siss yenә hәmin bu yolla qaçır. Yenicә yağmış tәzәtәr qarla
            bәzәnmiş yol tamam başqa cür görünür. Nә bir maşın, nә dә
            adam izi gözә dәyir. Siss daha yolun kәnarlarındakılar barәdә
            düşünmür, beynindә yalnız bir fikir var – tez evә çatmaq vә
            hadisәni danışmaq.












                                       58
   53   54   55   56   57   58   59   60   61   62   63