Page 62 - Tarey Vesos_Макет 1
P. 62

Tarey Vesos
                Siss balaca meşәliyә girәndә ayaqları sәndirlәdi. Bütün yol
            boyu elә addımlamışdı ki, fәnәrlәri görә, sәslәri eşidә bilsin.
                Atası onu gözündәn kәnara qoymurdu vә o, dәstәnin sonunda
            gәlirdi. Budur, balaca meşәlikdә Unnu düşünәn kimi ayaqları
            sәndirlәdi.
                Unn haradadı?
                – Ey, – yaxınlıqdan sәs gәldi, amma o artıq bu haraylara fikir
            vermirdi, sәs dörd bir tәrәfi bürümüşdü.
                Ayaqları sәndirlәdi. Amma yorğunluqdan yox, narahatlıqdan.
                Bircә Unna heç nә olmayaydı!
                Arxadan addım sәslәri gәldi. Geri dönәndә әlifәnәrli cavan
            oğlanı gördü. Sissi görәn kimi cavan oğlanın sifәti saf vә sәmimi
            sevinclә parladı.
                – Ey!
                Siss onun sәsindәn büzüşdü. Oğlan artıq ona yaxınlaşırdı.
                – Demәk, sәn burdaymışsan! İndi daha әlimdәn qaça bilmәzsәn!
                Hiss elәyirdi ki, iki güclü әl onu necә qucaqlayıb qaldırır. Bu
            әllәr sonsuz sevinc içindә idi, az qala, onu boğmağa hazır idi.
                – Sәni tapacağıma әmin idim, hiss edirdim!
                Mәsәlәnin nә yerdә olduğunu anladı.
                – Mәn o qız deyilәm!
                Oğlan güldü.
                – Get başqasını dola. Di bәsdi, getdik...
                – Dedim axı, o qız mәn deyilәm. Mәn dә başqaları kimi
            Unnu axtarıram.
                Oğlan:
                – Demәk, sәn Unn deyilsәn? – soruşub sakitlәşdi.
                Oğlandan bu sözlәri eşitmәk ona xoş idi, amma düzünü
            demәliydi:
                – Yox, mәn Sissәm.
                Güclü әllәr onu elә tez buraxdı ki, yıxılıb әmәllicә әzildi.
            Cavan oğlan hirslә dedi:
                – Bәsdi burada veyllәndin! Hamı elә bilәcәk ki, Unn sәnsәn.
                – Mәn gәrәk sizinlә olam. Mәn onunla rәfiqәyәm. Unnla
            rәfiqәyәm.

                                       62
   57   58   59   60   61   62   63   64   65   66   67