Page 67 - Tarey Vesos_Макет 1
P. 67

Buz qəsr
          Amma Siss bunu hiss elәmirdi, yeni ümid işartısı büsbütün ona
          hakim kәsilmişdi.
             Gölün qar vadisi gecәyә qarışıb әrimişdi. Buz polad kimi
          möhkәm idi – onun üstündә gәzmәk Unn üçün qәti tәhlükәli ola
          bilmәzdi. Bir dә ki, niyә axı o qız buzun üstüylә sahildәn xeyli
          uzaqlaşmış olsun?
             Onlar qara qarışa-qarışa axtarırdılar. Siss atasının yanında
          dayanmışdı. Daha bu qızın onlarla birlikdә olmasına etiraz edәn
          yox idi.
             Çayın başlanğıcına gәlib çatdılar. Әllәrindәki fәnәrlәrlә buzun
          altından sәssiz-sәmirsiz axan qara suyu işıqlandırdılar. Tutqun,
          adamda vahimә yaradan axına baxa-baxa dayanıb-durmuşdular.
          Bu mәnzәrә onlara yöndәmsiz göründü. Haradasa aşağıda şәlalә
          olmalıydı. Amma uğultusu bura gәlib çatmırdı.
             Çay sәs çıxarmadan sürәtlә axırdı. Dәstә bölünüb hәr iki
          sahil boyu hәrәkәt etdi.
             Qar yenidәn güclәnmәyә başlamışdı. Qar dәnәciklәri axınla
          fәnәrlәrin şüşәsinә çırpılıb әriyirdi. Bu sәbәbdәn fәnәrlәrin işığı
          avazıyırdı. Ümumiyyәtlә, bu qar hamını bezdirmişdi. Cavan
          oğlanlardan birinin әsәblәri elә gәrilmişdi ki, onu bezdirәn qara
          qışqıranda ağ dişlәri göründü:
             – Bәsdi dә!
             Qar dәrhal kәsdi. Qurtardı. Sanki torbada daha qar qalmadı.
          Oğlan diksinib özünü itirdi vә tez yan-yörәyә baxdı ki, yanın -
          dakılardan bunu görәn oldumu? Yox, heç kim sezmәmişdi.
             Qar kәsmişdi vә elә bil hәr şey genişlәnmişdi, insanlar yalnız
          indi görә bildilәr ki, necә sonsuz, sakit bir gecәdi.
             Siss buzun altıyla sakitcә hәrәkәt edәn axının yanında dayandı.
          Bu axın, nәyi desәn, özündә gizlәyә, çәkib apara bilәr. Yox, bu
          barәdә düşünmә.
             İnsanlar çay boyu aşağı hәrәkәt edirdilәr – bir dәstә düz
          sahillә, o biri dәstә kәnardakı tәpәlәrlә. Tәpә әyildi, çay dillәndi.
             Onlar tәlәsirdilәr.  Yolboyu, necә gәldi, hәrәkәt edirdilәr,
          amma kәnar-bucaqları gözdәn keçirmәyi dә unutmurdular.
             Әllәrindә fәnәr tutmuş iki narahat, hövsәlәsi daralan dәstә
          eyni vaxtda çayın hәr iki sahiliylә hәrәkәt edirdi, işıq zolaqları
                                     67
   62   63   64   65   66   67   68   69   70   71   72