Page 63 - Tarey Vesos_Макет 1
P. 63
Buz qəsr
– Belә de, – oğlan artıq yumşaq tәrzdә dedi.
Siss dә ona qarşı acıqlı deyildi.
Oğlan:
– Bir yerin әzilmәdi ki? – soruşdu.
– Azca da yox.
– Mәncә, әzilmisәn.
Böyük dәrd içindә xırda sevinc.
Oğlan kәdәrli halda:
– Gәrәk buradan gedәsәn, hәr görәn sәni o axtardığımız qız
bilәcәk, – dedi. – Biz axı bura әylәnmәyә gәlmәmişik. Di tez elә,
evinizә get.
Siss inad elәdi. İstәmirdi ki, onunla guya hamıya mane olan,
canlarını qurtarmaq istәdiklәri uşaq kimi rәftar etsinlәr.
– Unnla tәk mәn dostluq edirәm. Dünәnki axşamı bir yerdә
keçirmişik.
Bu xәbәr onu heyrәtlәndirdimi? Qәti. Bir qәdәr narazı sәslә
birbaşa soruşdu:
– Sәn nәsә bilirsәn?
Siss ona baxdı. Fәnәr işığında bir-birlәrinin baxışlarını aydın
görә bilirdilәr. Cavan oğlan başını aşağı salıb getdi.
Siss düşünmәdәn dediyi bu sözlәrә görә peşman oldu.
İnsanlarda qıcıq yaratmışdı. O, hәr dәfә öz әllәriylә hördüyü tora
düşürdü. Hamıya dәrhal elә gәlirdi ki, Siss nәsә bilir.
Burada vaxtı boşa vermirdilәr. Az sonra başqa bir әl ondan
bәrk-bәrk yapışdı. İndi qarşısındakı hәmin o xoş baxışlı cavan
oğlan deyil, sәrt ifadәli tanış qonşu idi. Amma doğrusu, bu sifәt
cәmi birgecәlik belә sәrt vә qorxulu ifadә almışdı:
– Siss, sәn buradasan?! Mәnimlә gedәk.
Siss tәrpәnә bilmirdi.
– Hara?
– Sәn evdә olmalısan. Bәsdi buralarda veyllәndin. Amma
mәsәlә tәk bunda deyil, – dedi vә Siss bu sözlәrdәn qorxdu.
O, Sissi möhkәm tutmuşdu. Odur ki, onunla getmәli oldu.
Siss:
– Atam mәnә icazә verib, sәnin xәbәrin yoxdu, – deyib
müqavimәt göstәrdi. – Özü dә mәn azca da yorulub-elәmәmişәm.
63