Page 61 - Tarey Vesos_Макет 1
P. 61

Buz qəsr
             – Mәnim yol ağlıma gәlir. Maşın elә bir şeydi ki...
             Söhbәt avazıdı. Gecәnin içindә canfәşanlıqla axtarışa çıxıb
          heç nә tapa bilmәyәn adamların qısa, üzücü sükutu. Yol. Hәmişә
          tәhlükәli vә vahimәli yol. Onlar onu yada salmaq istәmirlәr.
             Kimsә tәlәsik dedi:
             – Yol kәnarında yaşayan adamlara çoxdan zәng edilib, hadisә-
          filan olmayıb.
             O biri әlavә etdi:
             – Görün nә deyirәm. Şәlalә, daha doğrusu, orada әmәlә gәlәn
          o nәhәng buz dağı. Deyәsәn, mәktәblilәr hәmin yerә gәzintiyә
          hazırlaşırdı. Bәlkә, Unn da ora gedәndә azıb.
             Xala söhbәtә qarışdı:
             – Yәni o buza görә mәktәbә getmәyib? Unn belә elәmәz.
             – Bәs nә elәyәr?
             – Rәfiqәlәri varmı?
             – Yoxdu. Nәsә belә qızdı. Amma dünәn biri bura gәlmişdi,
          Unn yanımda qalandan bәri ilk dәfә.
             – Elәmi? Özü dә mәhz dünәn? Kimiydi?
             –  Adı Sissdi.  Amma bildiklәrinin hamısını bu gün mәnә
          danışıb. Mәn ondan hәr şeyi soruşdum. Düzü, elә bil nәsә
          gizlәdirdi. Mәncә, qızlar arasında olan hansısa sirlәri. Mәn bunu
          evlәrinә gedәndә onun üzündәn oxudum. Boş şeylәrdi.
             Zavallı xala evinin kandarında qarın üstә dayanmışdı. Әlindәn
          heç nә gәlmirdi. Amma hәlә dә axtarışların mәrkәzindәydi.
             – İşә bir bax, bu qar axı niyә sonra yağmalıydı? – dedi. –
          Hadisәdәn dәrhal sonra...
             – Hәmişә belә olur, – kimsә qüssәli sәslә cavab verdi.
             Xala:
             – Yox, – dedi.
             Hәmin gecә bütün evlәrin işığı yanılı qalmışdı. Bütün yol
          uzunu vә yol kәnarlarında, qarlı çöldә insanlar gәzirdi. Meşәdә
          vә talalarda qar dәnәciklәri arasında fәnәrlәr işarırdı. Boğuq
          qışqırıq sәslәri gәlirdi. Zülmәt qaranlıq sanki bu sәslәri udurdu.
             Kimsә:
             – Sabah hava işıqlaşanda daha rahat olacaq, – dedi, – amma
          sәhәri qәti gözlәmәk olmaz.
                                     61
   56   57   58   59   60   61   62   63   64   65   66