Page 60 - Tarey Vesos_Макет 1
P. 60
Tarey Vesos
Ana da söhbәtә qoşulub:
– O, sәnә nә demişdi ki? – dillәndi. – Evә gәlәndә nәsә
birtәhәr idin. Ondan nәsә eşitmişdin?
Siss:
– Heç nә deyәn deyilәm, – dedi vә tez dә anladı ki, nәyisә
artıq elәdi, indi bunun altını çәkәcәk. Ana qızını elә bircә bu
kәlmәdәn tam oxudu.
– İlahi, o qız sәnә nәsә deyib, onun yoxa çıxmasının sәbәbini
dә bilirsәn?
– Yox, heç nә bilmirәm.
Şükür ki, verdiklәri suallar sәfeh suallardı vә o, tәmiz vicdanla
“yox” deyә bilir.
– Unn sirrini mәnә açmaq istәyәndә oradan qaçdım.
Ana ataya dedi:
– Bilirsәn, qoy o da sizinlә getsin. Biz mәsәlәnin nә yerdә
olduğundan xәbәrsizik. Mәgәr onun necә hәyәcan keçirdiyini
görmürsәn?
Belәliklә, Siss dә atasıyla yola çıxdı. İlk әvvәl axtarışda bir
mәktәbdә oxuduqları xeyli uşaq var idi. Sonra onları evә
göndәrdilәr. Siss dәstәlәnәn adamların axırında dayanmışdı deyә
onu sezmәdilәr.
Az sonra gecә düşdü. Bununla belә, axtarış davam edirdi.
Gün işığı bütün günü bu açıq havada qalmalı deyildi ki? Amma
lazım gәlәrsә, onu bütün gecә boyu axtaracaqdılar.
Haranı axtarsınlar? Hәr yeri. Bu dәstәyә başçı-zad lazım
deyildi. Xalasının evi mәrkәz seçilmişdi vә axtarış oradan
istiqamәtlәnirdi. Xala özü ayaq üstә güclә dayanıb. Elә indicә bir
neçә nәfәr onun yanında mәsәlәni müzakirә etdi. Min bir ehti-
mal.
Kimsә:
– Su tәrәfdә ola bilәr, – dedi.
– Su? Su bizlәrdә yalnız o iri çay tәrәfdәdi. Çәtin ki, ora
getmiş olsun.
– Hә, orada axı nә işi ola bilәr?
– Bәs o biri tәrәflәrdә nә işi ola bilәr?
60