Page 45 - Tarey Vesos_Макет 1
P. 45

Buz qəsr
          hamar buz divarlı dairәvi zaldaydı. Әvvәl burada su vardı, amma
          indi yoxdu.
             Unn “au!” qışqırmaq istәmәdi: buz meşә hәvәsini öldürmüşdü,
          әvәzindә nәfәsindәn çıxan buxar buludcuqların adi gün işığında
          necә göründüyünü müşahidә etmәyә başladı. Hәrdәn soyuğu
          yadına salırdı vә hәr dәfә dә hiss edirdi ki, әlamәt artıq donur.
          Şәlalәyә düşәndә yaxşıca qızınmışdı, amma artıq o istidәn әsәr-
          әlamәt qalmamışdı, indi buxar buludcuqlarıyla sonuncu istilәr dә
          canından çıxırdı. Onları sanki növbәylә bir-birinin ardınca yuxarı
          buraxırdı.
             Elә tәrpәnmәk istәyirdi ki, qәflәtәn dayandı: “Au!”
             Qulağına sәs gәldi. O biri tәrәfdәn.
             Dönüb baxdı. Heç kim yox idi.
             Amma yox, bu, qarabasma deyildi.
             Yәqin, burada belәdi: adam qışqırmayanda buz özü qışqırır.
          Unn hәvәssiz halda astadan cavab verdi, daha doğrusu, pıçıldadı:
             – Au.
             Dәrhal rahatlandı. Әlbәttә, düz qәrar qәbul etmişdi. Bu, ona
          ürәk-dirәk verdi vә dayanmadan yoluna davam etmәk üçün
          növbәti deşiyi axtarmağa başladı.
             Tökülәn suyun astadan gәlәn vahimәli uğultusu ona deyirdi
          ki, şәlalә burada, lap yaxınındadı. Yoluna davam etmәlidi!
             Artıq soyuqdan әsmәyә başlamışdı, amma baş verәnlәr canına
          elә hakim kәsilmişdi ki, bunu hiss etmirdi. Bu da növbәti deşik.
          Elә tәzәcә görmüşdü ki, qarşısında dәrhal keçid açıldı.
             Tez-tәlәsik ora.
             Amma burada gözlәmәdiyi mәnzәrәylә rastlaşdı: yeni zalda
          divarlar sanki ağlayırdı.
             Keçiddәn yenicә çıxmışdı ki – çox alçaq olduğundan әyilmәli
          oldu – damda peyda oldu.
             Buradan gördüyü gözüyaşlı bir zal idi. Şüşә divarlar az
          işıqlanırdı, yarıqaranlıqda görünәn damcılardan elә tәәssürat
          yaranırdı ki, zal ağlayır. Burada heç bir buz tikili-zad yox idi,
          tavandakı damcıların hәrәsi sakit parıltıyla özünün yaratdığı göz
          yaşı gölmәçәsinә düşürdü. Bütün bunlar qüssә gәtirirdi.

                                     45
   40   41   42   43   44   45   46   47   48   49   50