Page 32 - Tarey Vesos_Макет 1
P. 32
Tarey Vesos
– Yaxşı oldu, – dedi.
Ata:
– Sәnin sәsinin tonundan belә görürәm, o qәdәr dә yaxşı
olmayıb, – dedi vә ona baxıb gülümsәdi.
Ana da baxışlarını ona zillәdi:
– Bu gün sәnә nә olub?
Siss valideynlәrinә baxdı. Әlbәttә, indi ona nәvaziş göstәrmәk
istәyirlәr, amma...
– Heç nә, – dedi, – siz dә elә soruşa-soruşa qalmısız, gәrәk
hәr şeyi bilәsiz...
– Siss, nә danışırsan! Get mәtbәxә, yemәk ye. Süfrәdә hәr
şey hazırdı.
– Mәn orada yemişәm.
Unngildә heç nә yemәyib, ancaq bunun valideynlәrinә dәxli
yoxdu.
– Oldu, onda, yaxşısı budur, uzanıb yatasan. Nәsә yorğun
görünürsәn. Sabah sәhәr hәr şey tәzәdәn yaxşı olacaq. Gecәn
xeyirә qalsın, Siss.
– Xeyirә qarşı.
Tez onlardan ayrıldı. Onlar azca da nәsә anlamadılar. Yerinә
girәndә canında dәhşәtli yorğunluq hiss elәdi. Qәribә, hәyәcan
gәtirәn çox şeylәr barәdә düşünmәk istәdi, amma şaxtadan
sonranın istisi üstün gәldi vә xәyallara dalmağı uzun sürmәdi.
5
Buz qәsr
– Unn, qalx!
Xalanın adi sәhәr әmri. Bu gün dә adi günlәrdәn biri kimidi.
Amma yox, Unn üçün xüsusi bir gündü – Sisslә görüşün ilk
sәhәri.
– Unn, qalx!
Mәktәbin vaxtına hәlә xeyli var, amma xalasının xasiyyәti
belәdi, düz vәdәsindә evdәn çıxmağa qәti imkan vermәz.
32