Page 27 - Tarey Vesos_Макет 1
P. 27
Buz qəsr
– Hә, amma...
– Әgәr belә deyirәmsә, demәli, belәdi.
– Siss...
– Burax mәni, xahiş elәyirәm.
Qapı daha bağlı deyildi, amma Unn astananı kәsib dayanmışdı.
Qızlar xalanın yanına getdilәr.
O, stulda әylәşib toxuyurdu. Onları görәndә qalxıb bayaqkı
kimi gülәrüzlә dedi:
– Siss, gedirsәn?
– Hә, vaxtdı.
Xala:
– Daha bir sirriniz-filan qalmadı ki? – deyib xoş niyyәtlә
onlara sataşdı.
– Bu günә qalmadı.
– Unn, qapını mәnim üzümә necә bağladığını eşitdim.
– Hә, elәdi ki var.
Xala:
– Hә, ehtiyat igidin yaraşığıdı, – deyib bu dәfә başqa tonla
soruşdu: – Nәsә olub?
– Heç nә olmayıb.
– Bәs nәdәn belә narazısız?
– Narazı-zad deyilik.
– Bәlkә dә, mәnә elә gәldi. Axı artıq yaşlaşmışam, qulaqlarım
da yaxşı eşitmir.
Qapıdan çıxmaq istәyәndә Siss:
– Çox sağ olun, – dedi vә düşündü ki, Unnun xalası heç nә
anlamır, yalnız onlara sataşır. Xala:
– Ayaq saxla, – dedi. – Şaxtaya çıxmazdan qabaq isti bir şey iç.
– Yox, yox, çox sağ olun, lazım deyil.
– Hara belә tәlәsirsәn?
Unn:
– Vaxtdı, evә getmәlidi, – dedi.
– Yaxşı.
Siss başını arxaya çevirdi.
27