Page 22 - Tarey Vesos_Макет 1
P. 22

Tarey Vesos
                Siss suya tullanırmış kimi çarpayıya atılmaq, ya da buna
            oxşar nәsә elәmәk istәyirdi.
                – Yox, yaman soyuqdu. Bayırda belә şaxta olanda içәri heç
            cür qızmır. Neylәmәli, evimiz belәdi.
                – Amma mәncә, bura istidi.
                – Yox, buradan yel vurur. Mәgәr hiss elәmirsәn? Düzdür,
            dәrhal bilinmir.
                – Ola bilәr.
                Deyәsәn, doğrudan da, belәdi. Get-gedә adam üşüyür. Pәncәrә
            donub. Bayırda şaxtadı, özü dә nә vaxtdan bәri.
                Siss dә paltarlarını götürdü.
                Unn:
                – O qәdәr mәşğuliyyәt var ki, gәrәk mütlәq çıl-çılpaq atılıb-
            düşәk? – dedi.
                – Әlbәttә.
                Siss Unndan nәdәn bu soyunmaq mәsәlәsini ortaya atdığını
            soruşmaq istәdi, amma ürәk elәmәyib susdu. Qızlar tәlәsmәdәn
            geyindilәr. Siss ürәyinin bir yerindә özünü aldadılmış kimi hiss
            elәdi. Demәli, hәr şey bununla da bitdi?
                Yenidәn әvvәlki yerlәrindә әylәşdilәr. Otaqda oturmağa
            bundan başqa yer yox idi. Unn sakitcә ona baxdı vә Siss anladı
            ki, nәsә çox vacib, maraqlı bir şey onun üçün elәcә qapalı qaldı.
            Unnun sifәtindә daha sevinc әks olunmurdu – o sevinc ki, az
            әvvәl bir anlıq bu simanı nura qәrq etmişdi.
                Siss narahat oldu. Sakitcә oturub qalan Unndan soruşdu:
                – Bәlkә, nәsә bir işlә mәşğul olaq?
                – Mәsәlәn, nәylә? – Unn dalğın halda dillәndi.
                – Onda mәn evә gedirәm.
                Bu sözlәr, haradasa, hәdә kimi sәslәndi. Unn dәrhal dedi:
                – Evә getmәk sәnin üçün hәlә tezdi!
                Düzünә qalsa, Siss özü dә getmәyә hazırlaşmırdı, әksinә,
            çox istәyirdi ki, hәlә bir müddәt burada qalsın.
                – Әvvәl yaşadığın o yerlәrdәn şәkillәrin var? Albomun yoxdu
            ki?
                Bu sual çox yerinә düşdü. Unn rәfә tәrәf qaçıb oradan iki
            albom çıxardı.
                                       22
   17   18   19   20   21   22   23   24   25   26   27