Page 18 - Tarey Vesos_Макет 1
P. 18
Tarey Vesos
filansız yaxınlıqda olan әşyalara toxunurdular. Otaq isti vә rahat
idi. Görünür, bu hissi otaqda yanan soba yaratmışdı. Amma
tәkcә sobamı? Onların ovqatlarındakı bu oxşarlıq olmasaydı,
soba heç nә elәyә bilmәzdi.
Siss soruşdu:
– Bura sәnә xoş gәlir?
– Hә, xalamın yanında mәnә xoşdu.
– Әlbәttә, amma mәn başqa mәnada deyirәm. Mәktәbi
soruşuram... De görüm, niyә axı sәn heç vaxt...
Unn kәskin tәrzdә:
– Hә, indi başa düşdüm. Sәnә demişdim axı, bu haqda
mәndәn heç nә soruşma, – dedi vә Siss bu sualı verdiyinә peşman
oldu.
– Bura hәmişәlik gәlmisәn? – cәld soruşdu. Bu sual, deyәsәn,
tәhlükәsizdi. Yoxsa o da tәhlükәlidi? Yәqin ki, yox, amma gәrәk
heç vaxt nәyәsә әmin olmayasan.
Unn:
– Hә, burada yaşayacam, – dedi, – mәnim xalamdan başqa,
daha bu dünyada heç kimim yoxdu.
Yenidәn sükut çökdü. Nәhayәt, Unn sınayıcı nәzәrlәrlә
soruşdu:
– Niyә mәndәn anam barәsindә soruşmursan?
– Hә? – Siss baxışlarını yayındırıb gözlәrini divara zillәdi,
elә bil nәsә bir pis iş üstә yaxalanmışdı. – Bilmirәm.
Tәzәdәn Unnla baxışdı. Başqa nә etmәliydi? Suala da cavab
vermәyә bilmәzdi. Unn özü üçün vacib olan bir mәsәlә barәdә
soruşurdu. Siss sıxıla-sıxıla dillәndi:
– Bәlkә dә, onun bu yaz öldüyünü bildiyimә görә. Mәnә belә
dedilәr.
Unn aydın vә hündür sәslә dedi:
– Anam әrdә deyildi. Ona görә dә orada heç kimim
qalmadığından...
Susdu.
Siss başını tәrpәtdi.
Unn davam etdi:
18