Page 23 - Tarey Vesos_Макет 1
P. 23

Buz qəsr
             – Birindә ancaq mәnәm. Doğulduğum gündәn bu vaxtacan.
          Ona baxmaq istәyirsәn?
             – Hәr ikisinә.
             Albomu vәrәqlәmәyә başladılar. Şәkillәrdә buradan uzaq
          yerlәr әks olunmuşdu, orada Sissә Unndan başqa, tanış olan sima
          yox idi. Amma Unn, demәk olar, bütün şәkillәrdә vardı. Adi al-
          bomlar idi. Unn qısa izahatlar verirdi. Şәkillәrdәn biri vә qızın
          üzünә qonan tәbәssüm. Unn qürurla dedi:
             – Bu, anamdı.
             Siss bir xeyli şәklә baxdı.
             Az sonra Unn:
             – Bu da atamdı, – dedi.
             Heç nәyi ilә cәlb etmәyәn gәnc bir insan maşının yanında
          dayanıb. O da azca qızına oxşayır. Unn:
             – Bu, onun öz maşınıdı, – dedi.
             Siss bir qәdәr ehtiyatla soruşdu:
             – O, indi haradadır?
             Unn quru sәslә cavab verdi:
             – Bilmirәm. Bu, o qәdәr dә vacib deyil.
             – Aydındı.
             – Yadındamı, demişdim, onu heç vaxt görmәmişәm? Ancaq
          şәkillәrdәn tanıyıram.
             Siss başını tәrpәtdi.
             Unn әlavә etdi:
             – Atamı tapa bilsәydim, yәqin, xalamın yanında yaşamazdım.
             – Әlbәttә.
             Yenidәn yalnız Unnun şәkillәri olan alboma baxdılar. Siss
          düşündü ki, bu qız hәmişә gözәl olub. Budur, bu mәşğuliyyәt dә
          bitdi.
             İndi nә olsun?
             Nәsә olmalıydı. Bu, Unnun duruşundan da hiss olunurdu. Bu
          duruş sanki nәsә vәd elәyirdi. Siss bayaqdan elә gәrginlik içindә
          dayanıb gözlәyirdi ki, uzun sükutdan sonra Unn ona müraciәt
          edәndә sәksәndi:
             – Siss.

                                     23
   18   19   20   21   22   23   24   25   26   27   28