Page 25 - Tarey Vesos_Макет 1
P. 25
Buz qəsr
dә var idi – sanki o, bu axşam artıq ikinci dәfә aldadılmışdı.
Amma hәr halda, nәsә qorxunc bir şey eşitmәkdәnsә, belә olmağı
yaxşıydı.
Onlar sakitcә oturmuşdular, elә bil dincәlirdilәr.
Siss hiss etdi ki, getmәk vaxtıdı.
Unn dedi:
– Siss, getmә.
Yenidәn sükut.
Amma bu sükuta inanmaq olmaz, bütün bu axşam boyu ona
inanmaq olmaz, necә ki külәk kәsәndә budağa inanmaq olmaz.
Çünki külәk, olsa-olsa, o budağı başqa bir tәrәfdәn tәrpәtmәk
üçün sakitlәşib. Hә, külәk dayanıb, amma budu, yenidәn әsdi –
qәflәtәn vә coşquyla:
– Siss.
– Hә?
– Bilmirәm, mәn cәnnәtә düşә bilәcәyәmmi?
Bu sözlәri deyәndә Unn baxışlarını ondan çәkib, gözlәrini
divara zillәdi.
Sissi isti basdı.
– Nә?
Getmәk lazımdı. Kim bilir, Unn daha nә deyәcәk.
Unn soruşdu:
– Mәgәr eşitmәdin?
– Eşitdim.
Siss dәrhal davam etdi:
– Artıq evә getmәk vaxtıdı.
– İndi?
– Hә, yoxsa gec olar. Gәrәk bizimkilәr yatmamış gedib
çatam.
– Yatmaq hәlә tezdi.
– Getmәliyәm.
Vә qәtiyyәtlә әlavә etdi:
– Birazdan şaxta adamı elә kәsәcәk ki, yolda burnumu don
vurar.
25