Page 14 - Tarey Vesos_Макет 1
P. 14
Tarey Vesos
Onda elә bu gün!
Dәrsdәn sonra bizә gedәkmi, Unn!
Yox. Sәn bizә gәl. Başqa cür istәmirәm.
Siss cәld arxaya döndü. Bu, nә idi? Onlar baxışanda Unn
mәktubda yazılanı başıyla tәsdiqlәdi. Bir an belә tәrәddüd
etmәdәn. Siss dә başını tәrpәtmәklә cavab verdi: sizә gәlәcәyәm.
Bununla da mәktub mübadilәsi bitdi. Daha danışmadılar.
Dәrsdәn sonra bir-birlәrinә yaxınlaşıb danışdılar – tez-tez vә bir
qәdәr utancaq. Siss bir dә Unndan niyә axı onlara getmәk
istәmәdiyini soruşdu.
– Niyә axı sizә? – Unn soruşdu.
Siss cavabı lәngitdi. Unnu niyә öz evlәrindә görmәk istәdiyini
yaxşı bilirdi. O, Unna onun xalasının evindә olmayan çox şeylәr
göstәrә bilәrdi, hәm dә özü getmәkdәnsә, rәfiqәlәrinin onların
evinә gәlmәyinә daha öyrәncәliydi. Amma bunu Unna deyә
bilmәzdi. Utandı.
– Heç, elә-belә dedim, – cavab verdi.
– Bizә gәlmәyә razılaşdın axı, demәli...
– Yaxşı, amma elә buradan birbaş sәninlә gedә bilmәrәm.
Әvvәl gәrәk evә dәyim ki, atamla anam harada olacağımı bilsinlәr.
– Hә, әlbәttә.
Siss bir qәdәr sıxıla-sıxıla:
– Onda mәn axşam gәlәrәm, – dedi.
Siss Unnla bağlı bilmәdiklәrindәn, mәchulluqdan sıxılırdı.
Vәssalam. Sissin Unn barәsindә bildiklәri bu qәdәr idi. Evә
dәyib valideynlәrini xәbәrdar edәndәn sonra, budur, indi Unnun
yanına gedir.
Şaxta yanaqlarını cırmaqlayır. Donmuş torpaq ayaqları altında
xışıldayır. Aşağıdakı gölün buzu xırçıldayır.
Unnun xalasıyla yaşadığı ev göründü. Pәncәrәdәn gәlәn işıq
çinarların şehli budaqları üzәrinә düşürdü. Sissin ürәyi görüşqabağı
sevincin nәbziylә vurmağa başladı.
14