Page 12 - Tarey Vesos_Макет 1
P. 12

Tarey Vesos
                Unn:
                – Daha mәndәn bu haqda heç nә soruşma, – dedi.
                Sissin sanki üstünә su atdılar. Susub incik halda özününkülәrin
            yanına qayıtdı vә bu söhbәti onlara da danışdı.
                Daha Unnu çağırmayıb rahat buraxdılar. O, әvvәlki kimi
            kәnarda dayanıb onların oyunlarına qoşulmurdu. Kimsә dedi ki,
            Unn hәmişә burnunu sallayıb gәzir, amma ona dәstәk verәn
            olmadı vә yeni şagirdi incitmәk istәmәdilәr. Bu qızda elә bir şey
            vardı ki, hamını ovsunlamışdı.
                Dәrs zamanı tezliklә mәlum oldu ki, Unn sinifdә әn
            dәrrakәlilәrdәn biridi. Amma özünü çox sadә aparırdı vә hamı
            istәr-istәmәz ona hörmәtlә yanaşırdı.
                Siss bütün bunları yaxşı görürdü. Hiss elәyirdi ki, mәktәbin
            hәyәtindә tәk-tәnha dayanıb-duran Unnda nәsә izaholunmaz bir
            qüvvә var. Unn qәtiyyәn yazıq vә zavallı qız deyil. Siss başçılıq
            elәmәyi xoşlayırdı vә bu, onda alınırdı. Amma bununla yanaşı,
            hiss elәyirdi ki, әlini ağdan-qaraya vurmasa, yanında heç kim
            olmasa belә, bir kәnarda dayanıb-durmuş Unn ondan güclüdü.
            O, get-gedә Unna uduzurdu. Ola bilsin, rәfiqәlәri dә bu fikirdәydi,
            sadәcә, bu yeni gәlәn şagirdә yaxınlaşmağa ürәk elәmirdilәr.
            Unn vә Siss sanki sükutlarıyla, söz demәdәn iki dәstә yaratmışdılar
            vә bu rәqabәt yalnız onların ikisinә aid idi.
                Tezliklә Siss dәrs vaxtı ara-sıra Unnun ona baxdığını hiss
            elәdi. Unn bir neçә parta arxada otururdu, odur ki, Sissә baxmaq
            onun üçün daha rahat idi.
                Bu zaman Sissin sevincdәn bütün bәdәni әsirdi. Bu baxışlar
            ona elә xoş gәlirdi ki, hәtta sevincini güclә gizlәdә bilirdi. Üzdә
            göstәrmәmәyә çalışsa da, hiss elәyirdi ki, hәyatına nәsә yeni,
            yaxşı bir şey daxil olub. Unnun baxışları sınamırdı, yaxud
            qısqanmırdı, Siss bu baxışlarda bir tәşәbbüs görürdü. Vә bir dә
            gözlәnti. Sinifdәn çıxanda isә Unn özünü әvvәlki kimi aparırdı,
            yenә tәk-tәnha divarın yanında dayanıb-dururdu.
                Amma Siss yenә sevincin әvvәlki tamını hiss elәyirdi: “Unn
            yerindә oturub mәnә baxır”.
                                       12
   7   8   9   10   11   12   13   14   15   16   17