Page 10 - Tarey Vesos_Макет 1
P. 10
Tarey Vesos
Unn buralarda tәzәdi. Ötәn yaz buradakılardan heç kimin
әlaqә saxlamadığı uzaq bir kәnddәn gәlib.
Deyirlәr, Unn yetim qaldığına görә yazda bura köçüb. Doğma
kәndindәki anası xәstәlikdәn ölüb. Anası әrdә deyilmiş, o kәnddә
bir yaxın qohumu-zadı da yoxmuş. Burada isә anasının böyük
bacısı yaşayır. Elә Unnu da öz himayәsinә o alıb.
Xalası çoxdan burada yaşayır. Evi çox uzaqda olmasa da,
Siss onu elә dә yaxşı tanımır. Xalası balaca evdә tәk-tәnha
yaşayır, heç bir yerdәn kömәyi yoxdu. Dükana gedәn yoldan
savayı, onu, demәk olar, heç harada görmәzsәn. Deyirlәr, Unnun
onunla yaşayacağını eşidәndә çox sevinib. Çox-çox әvvәl, hәlә
bu dünyada Unn adlı bir qızın olduğunu bilmәdiyi vaxtlarda Siss
anasıyla onun xalasının yanına gedәrdi. Anası ondan paltar
toxumağı öyrәnirdi. Siss xatırlayır ki, o vaxt bu tәnha qadın ona
nәvaziş göstәrirdi. Vә bu qadın haqqında heç vaxt heç kimin
dilindәn bir pis söz çıxmayıb.
Bu yerlәrә köçәndә ilk әvvәl Unn da heç kimә yovuşmurdu,
buranın qızları gözlәyә-gözlәyә qalsalar da, onlarla rәfiqәlik
elәmirdi. Qızlar hәrdәn onu yolda, ya da adamların, adәtәn,
görüşdüklәri başqa yerlәrdә görürdülәr. Bir-birlәrinә yad insanlar
kimi baxırdılar. Nә demәk olar? O, yetim idi vә sanki bu, ona
xüsusi bir nur, izaholunmaz parıltı verirdi. Amma qızlar bilirdilәr
ki, tezliklә doğmalaşacaqlar, payızda mәktәbdә görüşәndә hәr
şey başqa cür olacaq.
Yayda Siss dә Unnla yaxınlaşmaq üçün heç nә elәmәdi.
Hәrdәn Unnu yaşlı, mehriban xalasının yanında görürdü.
Rastlaşanda sezmişdi ki, onunla tәxminәn eyni boydadı. Tәәccüblә
bir-birlәrinә baxıb ayrılmışdılar. Nәyә tәәccüblәndiklәrini özlәri
dә bilmәmişdilәr, amma görünür, nәsә bir sәbәb varmış.
Deyirdilәr, Unn utancaq qızdı. Necә dә maraqlıdı. Bütün
qızlar hәmin bu utancaq Unnla mәktәbdә görüşәcәklәri günü
gözlәyirdilәr.
Bu görüşü gözlәmәkdә Sissin xüsusi sәbәbi vardı, sinif onun
sözlәriylә idarә olunurdu. Bütün tәkliflәrin ondan gәldiyinә Siss
artıq öyrәncәliydi vә bu, özünә dә xoş idi. Niyә mәhz belә
10