Page 7 - Tarey Vesos_Макет 1
P. 7
xoşbәxtlik dilәyәrәk, hәr üçü üçün yeganә çıxış yolu hesab
elәdiyi intiharı seçir.
Vesos, Mattis obrazı haqqında danışarkәn onu özünün avto-
portreti kimi tәqdim edirdi.
Xeyli sayda romanlar vә şeir kitablarıyla yanaşı, Vesos bir
neçә hekayә toplusunun da müәllifidir.
Onun hekayәlәri romanlarıyla sıx bağlıdır. Bu hekayәlәr çox
vaxt romanlarının müxtәlif hissәlәri üçün eskiz, yaxud da
mövzunun, hadisәlәrin, obrazların davamı kimi çıxış edir.
İnsanın hәyatdan köçmәsinin kәdәri vә bununla yanaşı,
ölümün dünyanın dolanbaclarında son hәdd olmadığını dәrk
etmәk duyğusu... Özünü bütün varlığıyla tәbiәtә fәda etmiş vә
ölümöncәsi sığınla qarşılaşmaq üçün uşaqlarla birlikdә meşәyә,
sözün hәrfi mәnasında, son sәfәrinә çıxan qocadan bәhs edәn
“Nağıl” hekayәsi mәhz bu bәşәri suallara cavab axtarır. “Nils
Fet” novellası da bu sәrt duyğudan qaynaqlanır. Qonşu vadidәn
hәlak olmuş atasının tabutunu gәtirәn yeniyetmә oğlan yol boyu
sanki torpağa rişә ataraq ağac kimi böyüdüyünü hiss edir. Getdiyi
avtobus onun üçün içindә ilbәil deyil, anbaan böyüdüyü mәbәdә
çevrilir.
“Qışın son günlәri” hekayәsindә isә yazıçı sevgilisini gözlәyәn
qızın timsalında insan hisslәrinin aliliyindәn, xeyir vә mәrhәmәtin
insan ruhundan boylanan gözәlliyindәn, nurundan bәhs edir.
Tarey Vesos böyük nasir olmaqla bәrabәr, hәm dә Norveç
poeziyasının görkәmli nümayәndәlәrindәn biridir. Poetik söz isә,
mәlum olduğu kimi, öz xüsusi çәrçivәlәri içindә nәfәs alır. Vesos
yaradıcılığı özlüyündә bir bütövün halqaları olsa da, nәsri çox
vaxt poeziya qanunlarıyla idarә olunur.
Onun qәlәmindәn çıxan әsәrlәrin belә cәzbedici vә oxunaqlı
olmasının bir sәbәbi dә, görünür, budur.
Yaşar
7