Page 8 - Tarey Vesos_Макет 1
P. 8
BUZ QӘSR
(roman)
Siss vә Unn
1
Siss
Qaranlıqda uşaq alnı ağarır. On bir yaşlı qız. Siss. Axşam
hәlә düşmәyib, amma hava artıq qaralıb. Şaxta vә payızın son
günlәri. Ulduzlar sayrışsa da, işığının әksini yaymaq üçün nә Ay,
nә dә qar var. Ona görә dә ulduzlardan bir xeyir yoxdu, qaranlıq
qatılaşmağındadı. Meşә yolun hәr iki tәrәfindә donub-qalıb – bu
vәdәlәr burada diri olan hәr şey ölü kimidi, donuqdu.
Siss şaxtaya görә әynini isti elәyib vә fikirlәr yol boyu ona
rahatlıq vermir. İlk dәfәdi elә dә yaxşı tanımadığı Unn adlı qızla
görüşә gedir. Ondan ötrü sirr kimi olan bu mәchulluqda nәsә
izah olunmaz bir cazibә var.
Diksindi. Bәrkdәn gәlәn cırıltı sәsi sanki düşüncәlәrini vә
gözlәntilәrini boğdu. Bu sәs uzaqlaşa-uzaqlaşa, nәhayәt, itdi. Sәs
aşağıdan gәlirdi. Böyük gölün buzları xırçıldayırdı. Vә burada
qorxulu heç nә yox idi, әksinә, bu sәs ona toxtaqlıq verirdi,
demәli, buz hәlә möhkәmdi. Cırıltı bәzәn güllә sәsi kimi çıxırdı
vә buzun üstündәn әn aşağı qatınacan iti bıçaq tiyәsitәk uzun,
nazik çatlar qaçışırdı. Belәcә, hәr sәhәr buz daha möhkәm, daha
etibarlı olurdu. Bu ilin payızı qeyri-adi dәrәcәdә soyuq vә qarsız
idi.
Şaxta qılınc kimi kәsirdi. Amma bu, Sissi qorxutmurdu. Siss
şaxtadan qorxmurdu. Düzdü, qaranlıqda qulağına gәlәn sәs-
küydәn azca qorxmuşdu, amma özünü әlә alıb inamlı addımlarla
yoluna davam edirdi.
Unnun evinәcәn yol uzun deyildi. Siss bu yolu tanıyırdı.
Mәktәbә dә, demәk olar, bu yolla gedirdi, sadәcә, bir yerdә azca
8