Page 9 - Tarey Vesos_Макет 1
P. 9
dönmәk lazım gәlәcәkdi. Ona görә dә axşam yola tәk çıxmağa
icazә vermişdilәr. Qaranlıq valideynlәrini qorxutmamışdı. Evdәn
çıxanda ona, o yol genişdir, demişdilәr. Belә düşünürlәrsә, lap
yaxşı. Amma özü qaranlıqdan qorxurdu.
Geniş yoldu. Amma hәr halda, tәk olanda adamı vahimә
basır. Odur ki, başını dik tutub yeriyirdi vә bu sәbәbdәn ürәyi adi
vaxtlarda olduğundan daha sürәtlә döyünürdü. Diqqәtlә qulaq
asırdı, yolun hәr iki tәrәfi sükuta qәrq olmuşdu vә düşünürdü ki,
orada, meşәdә kimsә onun addım sәslәrini daha diqqәtlә dinlәyir.
Odur ki, gәrәk ayaqlarını şaxtadan daşlaşmış torpaq yola elә
inamla basıb yeriyәsәn ki, addımlarının tappıltısı yaxşı eşidilsin.
Vahimәyә düşüb sәssiz hәrәkәt etdinsә, vәssalam, batdın. Hәlә,
iraq olsun, özünü itirib qaçmağı demirik. Onda qorxudan başına
hava gәlәr.
Bu gün Siss Unnun yanına gedir. Axşamlar uzundu, nә qәdәr
desәn vaxt var. Unnla xeyli otura bilәcәk, evә dә bir elә gec
qayıtmayacaq ki, vaxtında yata bilsin.
Maraqlıdı, Unndan nә öyrәnә bilәrәm? Amma şübhә ola
bilmәz, mütlәq nәsә öyrәnәcәyәm. Mәn bu görüşü Unnun bizim
sinfә gәldiyi ilk gündәn – bütün payız boyu gözlәmişәm.
Gözlәmişәm, amma özüm dә bilmirәm niyә.
İlk görüş necә dә maraqlı, sirli olurmuş! Vә nәhayәt, bu gün
bu, baş verәcәk. Uzun-uzadı gözlәntilәrdәn sonra qәflәtәn baş
tutacaq.
Unna uzanan yol. Hövsәlәsizliyin yüngül әsmәcәsi. Hamar
alın şaxtalı havanı yarıb keçir.
2
Unn
Maraq dolu yeniliyә uzanan yol. Siss yol boyu başını dik
tutub addımlayırdı ki, qaranlığın vahimәsini canından qova bilsin.
Unn barәdә nәlәri bildiklәrini xatırladı.
Onun barәsindә az bilirdi. Kimdәnsә soruşmağın da faydası
yox idi. Çәtin ki, kimsә ondan artıq bilir.
9