Page 5 - Tarey Vesos_Макет 1
P. 5

Skandinaviya söz meşәsinin nәhәng ağacı


             “Skandinaviya әdәbiyyatı” dedikdә, Azәrbaycan oxucusunun
          tәsәvvüründә, öncә İbsenin, Hamsunun, Andersenin adları canlanır.
          Amma bu yaddaş mәnzәrәsi nә qәdәr tәbiidirsә, hәmin siyahıda
          Tarey Vesosun adının olmaması bir o qәdәr qeyri-tәbiidir. Vesos
          (1897–1970) ölәndә әdәbiyyatşünaslar yazırdılar ki, Skandinaviya
          söz meşәsinin әn nәhәng ağacı yıxıldı.
             Dәqiq ifadәdir. Doğrudan da, Vesosun yaratdıqlarıyla tәbiәtin
          yaratdıqları arasında qәribә bir doğmalıq var.  Yazıçının tәbiiliyi
          tәkcә yaratdığı obrazlarda, müşahidәlәrdә, situasiyalarda deyil,
          hәm dә tәhkiyә manerasında, dilindә hiss olunur. Demәk olar ki,
          bütün Norveç әdәbiyyatı bukmolda (danimarkacanın özәyindә
          tarixәn formalaşan “kitab dili”) yazıldığı halda, Vesos lansmolda
          (yerli dialektlәrin vәhdәtindә formalaşan yeni Norveç dili) yazırdı.
          Bu da yazıçının әdәbi mәhsulunun dünyaya çıxışında xeyli
          çәtinliklәr yaradıb.  Yәqin,  Vesosun bu gün digәr skandinav
          klassiklәrlә müqayisәdә daha az tanınmasının әsas sәbәbi dә dil
          amilidir.
             Vesos dünyasının bir tәbiiliyi dә 73 il yaşamış yazıçının, öm-
          rünün sonunacan öz uşaqlıq xatirәlәrindәn ayrıla bilmәmәsindә -
          dir – yazıçının, demәk olar ki, bütün roman vә hekayәlәrinin
          qәhrәmanları uşaqlar, yeniyetmәlәr, gәnclәrdir.
             Bu sıradan, kitabda tәqdim etdiyimiz әsәrlәr dә istisna deyil.
          “Buz qәsr” (1963) romanı dәhşәtli şaxtalı havada şәlalәnin әmәlә
          gәtirdiyi buz qәsrdә donmuş bir qız vә onun rәfiqәsi haqqında
          kәdәrli hekayәtdi. Artıq ilk cümlәlәrdәn oxucu baş verәnlәrin
          hәqiqiliyinә inanmaqla yanaşı, hәm dә sanki nağıllar dünyasına
          düşür. Bu zaman istәr-istәmәz hәm dә Selma Laqerlöf vә Hans
          Andersenin әsәrlәrini xatırlamalı olursan.
             “Buz qәsr”in qәhrәmanları olan mәktәbli qızlar – Siss vә
          Unn sanki iki yox, bir adamdır vә hәtta oxucuda onların bu qısa
          adlarını birlәşdirmәk istәyi yaranır. Amma bu tәәssürat üzdәdir.
          Әslindә, hamının sevdiyi vә hörmәt etdiyi Siss liderlik; atasız

                                     5
   1   2   3   4   5   6   7   8   9   10