Page 11 - Tarey Vesos_Макет 1
P. 11
Buz qəsr
olduğu barәdә isә heç vaxt fikirlәşmәzdi. Sevinirdi ki, Unn gәlib
onların sıralarına qoşulanda Sissin sinfin başçısı olduğunu görәcәk.
Mәktәbdә dәrslәr başlayan gün oğlanlı-qızlı, bütün sinif
Sissin әtrafına toplandı. Aydın hiss etdi ki, bu münasibәt yenә
ona lәzzәt elәyir vә ola bilsin, yenә başçı kimi qalmaq üçün nә
işlәrsә görә bilib.
Utancaq Unn bir kәnarda dayanmışdı. Hamı sınayıcı nәzәrlәrlә
ona baxdı vә dәrhal da bәyәndilәr. Deyәsәn, hәr şey qaydasındaydı.
Qiyamәt qızdı. Yaraşıqlıdı.
Amma Unn yerindәn tәrpәnmirdi. Nahaqdan hәr cür vasitәlәrlә
onu özlәrinә cәlb etmәk istәyirdilәr. Siss öz dәstәsiylә onu
gözlәyirdi. İlk gün belә keçdi.
Ardınca günlәr keçdi. Unn heç kimә qaynayıb-qarışmamaqda
israrlıydı. Nәhayәt, Siss ona yaxınlaşıb soruşdu:
– Bizә qoşulmaq istәmirsәn?
Cavabında Unn başını buladı.
Amma hәr ikisi dәrhal bir-birlәrini bәyәndiklәrini hiss etdilәr.
Elә bil aralarından qığılcım keçdi. Mәn onunla rәfiqә olmaq
istәyirәm! Sәbәbini bilmirәm, amma olan budu.
Siss tәәccüblә tәkrar etdi:
– Bizimlә birlikdә olmaq istәmirsәn?
Unn sıxıla-sıxıla gülümsәdi:
– Y-yox...
– Nә sәbәbә?
Unn yenә sıxıla-sıxıla gülümsәdi:
– Qoşula bilmәrәm...
Sissә elә gәldi ki, onlar nazlana-nazlana nәsә bir oyun
oynayırlar.
– Nәdi, xәstәlәnmisәn? – birbaşa soruşdu vә dәrhal da bu
sәfeh suala görә xәcalәt çәkdi. Aydın görünürdü ki, Unn
sapsağlamdı.
Unn qızardı.
– Yox, mәsәlә bunda deyil, mәsәlә...
– Heç mәn dә elә düşünmürdüm. Amma gәlib bizә qoşulsan,
yaxşı olar.
11