Page 15 - Tarey Vesos_Макет 1
P. 15

Buz qəsr
                                     3


                              Cәmi bir axşam

             Yәqin, Unn pәncәrәnin qabağında dayanıb onu gözlәyirmiş.
          Çünki Siss hәlә evә yaxınlaşmadan әvvәl çıxıb kandarda
          dayanmışdı. Unn şalvarda idi, dәrsdәn sonra әynini dәyişmәmişdi.
             – Qaranlığa düşdün? – soruşdu.
             Siss:
             – Qaranlığa? Qorxulu bir şey yoxdu, – dedi, amma doğrudan
          da, qaranlıq meşәylә yol gәlmәk vahimәliydi.
             – Hәm dә soyuğa. İndilәrin şaxtası elә dözülmәzdi ki, lap
          dәhşәtdi.
             – O da qorxulu bir şey deyil.
             Unn:
             – Nә yaxşı ki, gәldin, – dedi. – Xalam deyir, sәn bura cәmi
          bir dәfә, hәlә uşaq olanda gәlmisәn.
             – Yadımdadı. Onda sәnin haqqında heç nә bilmirdim.
             Danışa-danışa bir-birlәrini gözdәn keçirirdilәr. Xala xoş
          tәbәssümlә onların qarşısına çıxdı.
             Unn:
             – Bu da mәnim xalam, – dedi.
             – Axşamın xeyir, Siss. Tez evә keç, burada dayanma, soyuqdu.
          Qızım, içәri keç, әynini soyun.
             Xalanın sәsi tox vә xoş idi. Balaca, isti evә keçdilәr. Siss
          donmuş uzunboğazlarını çıxardı.
             Xala soruşdu:
             – Yadındamı, bu evә gәlәndә buralar necәydi?
             – Xeyr.
             – Burada heç nә dәyişmәyib, hәr şey әvvәlki kimidi. Mәn
          yaxşı xatırlayıram, sәn bura ananla gәlmişdin.
             Aydın görünürdü ki, xala danışmaq istәyir. Axı belә imkan
          әlinә nadir hallarda düşürdü. Unn qonaqla tәk qalacağı anı
          gözlәyirdi. Amma xalası hәlә ürәyini boşaltmamışdı.
             – Sonra da sәni ancaq tәsadüfdәn-tәsadüfә görürdüm, Siss.
          Әlbәttә, sәnin mәnimlә nә işin ola bilәr? Amma indi bir halda ki
                                     15
   10   11   12   13   14   15   16   17   18   19   20