Page 17 - Tarey Vesos_Макет 1
P. 17
Buz qəsr
Unn sualedici nәzәrlәrlә Sissә baxdı. Siss dedi:
– Rahat, yığcam otağın var.
– Sәninki necәdi? Böyükdü?
– Yox, tәxminәn elә sәninki kimi.
– Böyük nәyә lazımdı ki...
– Düzdü.
Şәraitә uyğunlaşmaq üçün xırda-para şeylәr barәsindә çәnә
döymәliydilәr. Siss otaqda olan yeganә stulda oturub ayaqlarını
uzatmışdı. Unn çarpayının bir kәnarında әylәşib ayaqlarını
yellәdirdi.
Özlәrini toparladılar. Sınayıcı nәzәrlәrlә bir-birlәrinә baxdılar.
Baxışlarıyla bir-birlәrini yoxladılar. Söhbәtә başlamaq elә dә
asan deyildi, özlәrinin dә bilmәdiklәri nәsә onlara mane olurdu.
Hәm dә hәr ikisinin bir-birinә belә can atmalarından sıxılırdılar.
Baxışları toqquşdu – anlaqlı, atәşli, eyni zamanda utancaq baxışlar.
Unn çarpayıdan atıldı, qapıya yaxınlaşıb cәftәni çәkdi. Sonra
açarladı.
Siss bu sәsdәn diksinib tez soruşdu:
– Niyә belә elәyirsәn?
– Axı o, içәri girә bilәr.
– Ondan qorxursan?
– Qorxuram? Әlbәttә, yox! Mәsәlә onda deyil. Sadәcә,
istәdim ki, ikilikdә qalaq – sәn, bir dә mәn. Bura girәn-zad
olmasın.
Siss:
– Hә, bura girәn-zad olmasın, – deyib tәkrarladı vә hiss etdi
ki, onu sevinc hissi bürüyür.
Hiss etdi ki, onunla Unn arasında artıq ilk bağlantı yaranıb.
Yenidәn sükut çökdü. Ardınca Unn soruşdu:
– Siss, sәnin necә yaşın var?
– On birdәn bir az çox.
– Mәndә dә on birdi.
– Boylarımız da tәxminәn eynidi.
– Hә, tәxminәn eynidi, – Unn cavab verdi.
Hiss edirdilәr ki, nәsә onları bir-birlәrinә çәkir, amma nәdәnsә,
söhbәtlәri alınmırdı. Oturub ora-bura baxır, barmaqlarıyla sәbәbsiz-
17