Page 16 - Tarey Vesos_Макет 1
P. 16
Tarey Vesos
yanımda Unn var, hәr şey başqa cür olacaq. Hә, bәxtim gәtirib
ki, Unn mәnimlәdi.
Unnun sifәtindәki ifadәdәn bilinirdi ki, sәbri daşıb.
Xalası:
– Bildim, Unn, – dedi, – amma tәlәsmә, qoy Siss isti bir şey
içsin.
– Mәn üşümәmişәm.
Xala:
– Hәr şey pilәtәnin üstündә hazırdı, – dedi, – amma mәncә,
yaxşı olar ki, bura bazar günü gәlәsәn, indi hәm gecdi, hәm dә
soyuqdu.
Siss Unna baxıb dedi:
– Necә yәni, biz axı bu günә danışmışdıq.
Xala güldü. Sissin sözlәri onu şәnlәndirdi:
– Bir halda ki belәdi...
Siss:
– Valideynlәrim yatana qәdәr evә qayıda bilәrәm, – dedi.
– Yaxşı, bura gәlin, için.
İçki dadlıydı vә onlar qızışdılar. Sissi xoş, cәzbedici bir hiss
bürüdü. İndicә onlar ikilikdә qalacaqlar.
Unn:
– Mәnim öz otağım var, – dedi. – Ora gedәk.
Siss diksindi. Artıq başlayır.
– Sәnin dә öz otağın var?
Siss başını tәrpәtdi.
– Gedәk.
Aydın görünürdü ki, bu xoşsima vә söhbәtcil xala da onlarla
Unnun otağına keçmәk istәyir. Amma mәsәlә başqaydı. Unn
bundan sonrakı bütün söhbәtlәri bağladı vә xala öz kreslosunda
oturub qalmalı oldu.
Unnun otağı balacaydı vә ilk baxışdan Sissә elә gәldi ki, hәm
dә qәribәdi. Onu iki balaca lampa işıqlandırırdı. Divardan jurnal-
lardan kәsilmiş xeyli şәkil vә Unna bәnzәyәn qadın fotoları
asılmışdı. Onların kimliyini soruşmaq Sissә artıq göründü. Az
sonra Siss diqqәt etdi ki, bu otaqda qәribә bir şey yoxdu vә
әksinә, bura elә onun öz otağı kimidi.
16