Page 13 - Tarey Vesos_Макет 1
P. 13

Buz qəsr
             Özü hәlә Unnun baxışlarıyla baxışmağa hazır deyildi, yalnız
          çox nadir hallarda özünü unudur, ani baxıb dәrhal da gözünü
          çәkirdi.
             Unn nәyi gözlәyir?
             Gec-tez özü dillәnәcәk.
             Unn isә әvvәlki mәktәbin hәyәtindә divarın yanında dayanıb
          onların oyunlarına qoşulmurdu. Dayanıb sakitcә baxırdı.
             Gözlәmәk. Gözlәmәk lazımdı vә gec-tez bu an yetişәcәk,
          hәlәlik isә qoy hәr şey olduğu kimi qalsın – bunun özündә dә bir
          qәribәlik, gözәllik var.
             Gәrәk heç kim heç nәyi hiss etmәsin. Sissә elә gәlirdi ki, bu,
          onda alınır.  Amma budur, rәfiqәlәrindәn biri sәsinә hopmuş
          qısqanclıqla ona deyir:
             – Bu Unn sәnin başını lap xarab elәyib!
             – Boşla görәk!
             – Mәgәr belә deyil? Hamı görür ki, gözünü ondan çәkmirsәn.
             Siss karıxdı. Doğrudanmı belәdi?
             Rәfiqәsi acı-acı güldü:
             – Siss, hamı bunu çoxdan görür.
             – Demәk, elәdi ki var. Bir dә ki, özüm bilәrәm.
             – Ha-ha.
             Siss yol uzunu düşünürdü. Budur, gözlәntilәr bitdi. Bu gün.
          Odur ki, indi Unnun yanına gedir.
             Bu sәhәr parta arxasında oturanda birinci mәktubu gördü:
             Siss, mәn sәninlә rәfiqә olmaq istәyirәm.
             İmza: Unn
             Sanki haradansa bura günәşin şüası gәldi.
             O döndü vә baxışları toqquşdu. Bir-birlәrinin ürәyinә girdilәr.
          Heyrәt. Vә artıq heç nә. Daha bu haqda düşünmәk lazım deyil.
             Hәmin bu gözәl gündә mәktublar partadan-partaya uçuşdu.
          Onu bir-birinә xoşniyyәtli әllәr ötürürdü.
             Mәn dә sәninlә rәfiqә olmaq istәyirәm.
             İmza: Siss
             Biz nә vaxt görüşә bilәrik?
             Nә vaxt istәsәn, Unn! Elә bu gün.

                                     13
   8   9   10   11   12   13   14   15   16   17   18